Xəzər Universiteti Nəşriyyatı

Xəzər Universitəsi Nəşriyyatı oxucuların və təhsil ocaqlarının tələbatını ödəyən keyfiyyətli elmi və bədii kitabjurnal nəşri ilə məşğuldur.

Xəzər Universitəsi Nəşriyyatı
Ümumi məlumatlar
Sənaye Nəşriyyat
Məhsulu Əsasən çap məmulatları
Təsis tarixi 1995
Baş qərargahın yeri


Fəaliyyətdə olduğu dövrdən Xəzər Universitetində Nəşriyyat (Kha­zar University Press) fəaliyyət göstərir.

Xəzər Universiteti Nəşriyyatı - universitetin kitab, jurnal və digər çap məhsullarını, eləcə də kənardan müraciətləri dəyərləndirən və nəşrə hazırlayan bir qurumdur.

Nəşriyyatın fəaliyyət dairəsinə dərslik, monoqrafiya, konfrans materialları, elmi-tədqiqat jurnalları, tərcümə layihələri (ingilis və başqa dillərdən Azərbaycan dilinə və həmçinin, Azərbaycan və rus dillərindən ingilis və başqa dillərə tərcümə olunmuş kitab və məqalələr), eləcə də bədii ədəbiyyat nəşri daxildir.

Xəzər Universiteti Nəşriyyatı öz məhsulları və fəaliyyəti ilə beynəlxalq aləmdə də tanınır, onun nəşrləri və əməkdaşları bir sıra ölkələrdə sərgi, yarmarka, treninq və digər proqram və tədbirlərdə iştirak edirlər.

Xəzər Universiteti Nəşriyyatı Azərbaycan ISBN agentliyi və Azərbaycan ISMN agentliyi - beynəlxalq kitab və musiqi əsərlərinin standartlaşdırılması Milli Agentliyi kimi də fəaliyyət göstərir.

Azərbaycan ISBN Agentliyi

[redaktə | mənbəni redaktə et]

ISBN (International Standard Book Number) - ingilis dilindən tərcümədə "Beynəlxalq standart kitab nömrəsi" deməkdir. ISBN kitabları beynəlxalq miqyasda kod laşdırmaq üçün hər kitaba çap olunduğu bölgə və nəşriyyat ı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllif in adı və yalnız ona aid olan ISBN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISBN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.

Hal-hazırda 13 rəqəmli ISBN kodundan istifadə edilir. Hər ISBN kodu soldan sağa oxunuşda beş hissədən ibarətdir: kitab sənayesini xarakterizə edən rəqəm, müəyyən dil ətrafında cəmləşmiş ölkələr qrupunu xarakterizə edən rəqəm, konkret nəşriyyata aid edilən rəqəm, konkret kitaba aid edilən rəqəm (kitab identifikasiyası) və yoxlama rəqəmi.

Misal: ISBN 978-9952-20-046-1 (qruplar arasnda defis qoyulur və ya məsafə buraxılır).

Azərbaycan Respublikası nın ISBN agentliyi Xəzər Universiteti Nəşriyyatıdır. Bütün nəşriyyatlar nəşrə hazırladıqları kitablar üçün ISBN kodunu ölkənin ISBN agentliyindən almalıdırlar.

Azərbaycan ISMN Agentliyi

[redaktə | mənbəni redaktə et]

ISMN (International Standard Music Number) - ingilis dilindən tərcümədə "Beynəlxalq standart musiqi nömrəsi" deməkdir. ISMN musiqi kitablarının beynəlxalq miqyasda kodududur. Bu kod kitabın çap olunduğu bölgə və nəşriyyatı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllifin adı və yalnız ona aid olan ISMN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISMN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.

Hal-hazırda 13 rəqəmli ISMN kodundan istifadə edilir. Hər ISMN kodu soldan sağa oxunuşda dörd hissədən ibarətdir: Musiqi ədəbiyyatı sənayesini xarakterizə edən rəqəm, konkret nəşriyyata aid edilən rəqəm, konkret kitaba aid edilən rəqəm (kitab identifikasiyası) və yoxlama rəqəmi.

Misal: ISMN 9790-03452-4680-5 (qruplar arasnda defis qoyulur və ya məsafə buraxılır). Burada 9790 - musiqi ədəbiyyatı sənayesini bildirən perfiks, 03452 - nəşriyyat perfiksi, 4680 - kitab identifikasiyası, 5 - yoxlama rəqəmidir.

Azərbaycan Respublikası nın ISMN agentliyi Xəzər Universiteti Nəşriyyatıdır. Azərbaycan Respublikası milli ISMN agentliyinin direktoru Zakir Nəbiyev Yusif oğludur (Zakir N. Yusifoğlu). Bütün nəşriyyatlar nəşrə hazırladıqları musiqi kitabları, musiqi notları və musiqi ilə əlaqəli digər nəşrlər üçün ISMN kodunu ölkənin ISMN agentliyindən almalıdırlar. Kodlar tək-tək, 10-luk və ya 100-lük toplusu şəklində alına bilər.