Hamlet İsaxanlı

Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — polimat, riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, sahibkar. Elm, mədəniyyəttəhsil tarixi üzrə mütəxəssis. Ədəbiyyatdilçilik, tarixfəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

Hamlet İsaxanlı
Doğum tarixi 1 mart 1948(1948-03-01) (76 yaş)
Doğum yeri
Elm sahəsi riyazi analiz
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
hisaxanli.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitarsosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.

1920-ci illərin sonu və 1930-cu ildə GürcüstanErmənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.[1]

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi.[2] 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.[2]

1973–1983-cü illər ərzində Hamlet İsaxanlı MoskvaBakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu.[2] Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.[2]

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, KanadaAlmaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.[2]

1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərdi, Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan bu ali məktəbi təsis etdi, onu sıfırdan yaratmağa başladı.[2] Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq geniş fəaliyyət göstərdi. Bir qədər sonra yeni – Xəzər Universiteti (Universitəsi) adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada ən yaxşı tanınan hörmətli təşkilatlarından biri oldu.

Daha çox strateji inkişaf məsələləri ilə məşğul olmaq və həmçinin elmi-bədii yaradıcılığa vaxt qazanmaq məqsədilə 2010-cu ilin əvvəlində Xəzər Universitetinə yeni rektor təyin etmək üçün müsabiqə elan etdi. 2010-cu ilin sentyabr ayından başlayaraq özü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində, müsabiqədə uğur qazanan professor Con Rayder (ing. John Ryder) isə yeni rektor vəzifəsində fəaliyyətə başladılar (hazırkı rektor Azərbaycan əsilli ABŞ vətəndaşı Həsən Niknafs`dır). Hamlet İsaxanlı Azərbaycanda universitetin Direktorlar və Qəyyumlar Şurasını yaratmaq və müsabiqə yolu ilə xaricdən rektor gətirmək fikrinə düşən və onu həyata keçirən ilk insan oldu.

2012-ci ildə Hamlet İsaxanlı digər dörd görkəmli elm və sənət adamı (Halil İnalcık-Türkiyə, Lütfizadə-ABŞ, Mahmud Gazi Yaşargil-ABŞ, Arif Məlikov-Azərbaycan) ilə birlikdə Avrasiya Akademiyasını Avrasiya Akademiyası təsis etdi.

Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və s. ölkə elmi məktəblərinin uğurlarından da bəhrələndi.

Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən "ilin ən yaxşı elmi işləri" siyahısına daxil edildi.

Yazıçı və şair

[redaktə | mənbəni redaktə et]

Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, şair kimi də çox tanınır. Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

Azərbaycanda, Rusiyada, Çində, İranda, Türkiyədə, Gürcüstanda, Pakistanda, Finlandiyada və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunmuşdur. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, finland, türk və digər dillərə tərcümə olunmuşdur.

Azərbaycan Yazarlar Birliyi İdarə Heyətinin (Məclisin) üzvüdür (2022).

Tərcüməçilik

[redaktə | mənbəni redaktə et]

Hamlet İsaxanlının yaradıcılığına tərcümə işi də daxildir. Xüsusi halda, o V.A. Jukovski, F. Baratınski, F. İ. Tyutçev, A.Fet, Sergey Yesenin, Nikolay Qumilyov, Anna Axmatova, Alla Axundova, Corc Qordon Bayron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir.

Şairin "Xəzər Universitəm" şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz MustafayevVasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev "Xəzərimin sorağında" şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vaqif Gərayzadə "Hicran", Lütfiyar İmanov "Yaşamağa nə var ki?!", Nailə İsayeva "Səni sevdim çox sadəcə", "Gözəldir", "Lalə", "İnciçiçəyi", "Külək və qız", "Tək qalmaq istəyirəm", "Tez gəlin", "Dünyam" şeirlərinə, Elza Seyidcahan "Baş açmadım bu dünyadan", "İkimizdən birimiz" və "Bakı" şeirlərinə , Cahangir Zülfüqarov "Görüş yerimiz", Tahir Əkbər "Rübailər" (və ya "Mənə ayrılan vaxt"), "Məndən sənə yar olmaz", "Keçmiş", Dilarə Qulamova "Qədim sual", "Möcüzə gecə", "Uşaqlıqda qalan buludlar" və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş "Ömür yolu bircə andır" adlı tamaşaya musiqi bəstələyiblər. Hamlet İsaxanlının "Ziyarət" poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Azər Zeynalov, Rəşidə Behbudova, Aygün Bəylər, Gülyanaq Məmmədova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Anar Şuşalı, Bəturə Hüseynova, Yusif Savalan, Məhsəti Cabbarova, Fədayə Laçın, Azərbaycan dövlət simfonik orkestri və xoru, "Savalan", "Şaron", "Kristal" qrupları, Dünya məktəbinin xoru və b. tərəfindən ustalıqla ifa olunmuş və olunmaqdadır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Teyyub Aslanov, Zakir Əliyev kimi muğam ustaları, gənc Abgül Mirzəliyev və başqa xanəndə və müğənnilər də Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.

Xəzər Universiteti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Xəzər Universiteti

Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1990-cı il 20 dekabr tarixli 286 saylı sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli 41 saylı qərarla Xəzər Universiteti (o zamankı adı ilə "İngilisdilli Azərbaycan Universiteti") yaradıldı. Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı, keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi. Bu universitetin qurulması ilə bağlı hadisələri o, bir qədər sonra qələmə aldığı "Xəzərin sorağında" adlı əsərində ustalıqla təsvir etdi.

Hamlet İsaxanlı bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən və keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı.

Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən "tələbə mərkəzli" çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi. "Tapşırıq-rüşvət" virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.

Hamlet İsaxanlı ingiliscəni Xəzər Universitetində əsas tədris dili elan etdi. Bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsinə, tələbə mübadiləsi proqramlarının inkişafına və xarici professorların dəvət edilməsi və səmərəli işinin təşkilinə zəmin yaratdı.

Ümumiyyətlə, ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün də bu ingilisdilli təhsil güclü amil və vasitə oldu. Hamlet İsaxanlı eyni zamanda Qərb dəyərlər məcmusunun "mədəni imperializm" deyilən təzyiqinə qarşı milli mədəniyyətin öyrənilməsi və inkişafı məsələsini də hərtərəfli təhlil etdi və bu ideyanı Xəzər universitetində uğurla həyata keçirməyə başladı.

Hamlet İsaxanlı

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, PhD deyilən üçüncü mərhələ tədqiqat-yüksək təhsil dərəcəsinin anlaşılmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində Hamlet İsaxanlının yazıları, bu istiqamətdə arasıkəsilməz fəaliyyəti və Xəzər Universitetinin təcrübəsi mühüm rol oynadı. 1990–1996-cı illərdə öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar (Bologna) Bolonya Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının ("European Higher Education Area") yaradılması ideyasını da qabaqladı. O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.

Dünya məktəbi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dünya Məktəbi

1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu bağça-məktəb kompleksi ciddi uğurlar qazanmış, ölkədə çox sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır. Azərbaycan təhsil ənənələrini nəzərə almaqla yaxşı dünya təcrübəsini də mənimsəyən Dünya məktəbində azərbaycan dili birinci, ingilis dili ikinci dildir. Dünya məktəbi 2009-cu il yanvarın 16-da beynəlxalq status almış, Beynəlxalq Bakalavriat Təşkilatının (İnternational Baccalaurate Organization – IBO) akkreditasiyasını keçmişdir. Dünyanın minlərlə qabaqcıl universitetləri İBO diplomu sahiblərinə üstünlük verirlər.

Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də beynəlxalq yarışa girə bilən təhsil ocağı modelini formalaşdırdı. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.

Mükafat və fəxri adlar

[redaktə | mənbəni redaktə et]
  • 1965: Qızıl medal – Orta məktəb məzunu, Gürcüstan
  • 1994: Yusif Məmmədəliyev mükafatı laureatı – Elm və təhsil sahəsindəki xidmətlərinə görə
  • 2004: "Qızıl Qələm" mükafatçısı – Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə
  • 2005: "Səməd Vurğun" mükafatı laureatı – Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə
  • 2008: Fəxri doktor. Avrouniversitet (Tallin, Estoniya)
  • 2010: Cəfər Cabbarlı mükafatı[3] laureatı – Klassik və çağdaş Azərbaycan poeziyası nın təbliğinə, çoxcildli "Azərbaycan Sevgi Poeziyası" kitabının tərtibinə görə.
  • 2010: Milli "Xəzər" mükafatı laureatı – Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə və beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə.
  • 2016: Beynəlxalq Şəhriyar mədəniyyət medalı, Təbriz
  • 2016: Zahid Xəlilov mükafatı və Türklüyə xidmət ödülü, Borçalı cəmiyyəti, Bakı
  • 2017: TÜRKSOY (Uluslararası Türk Kültürü Teşkilatı/International Organization of Turkic Culture) medalı, Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan Cumhuriyetlerinin ve Türkmenistan`ın bağımsızlıklarının 25. Yılı anısına
  1. "Eurasian Academy Official Site". 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-02.
  2. 1 2 3 4 5 6 "Ömür yolu". Hamlet İsaxanlının rəsmi veb–saytı. Archived from the original on 2015-10-05. İstifadə tarixi: 5 oktyabr 2015..  (az.)
  3. Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]