Hand Shakers

Hand Shakers (ハンドシェイカー?, azərb. Əl sıxanlar‎)GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur.

Hand Shakers
Poster.
ハンドシェイカー
azərb. Əl sıxanlar
Anime
RejissorŞinqo Suzuki
Hiromiçi Kanazava
SsenaristHiromiçi Kanazava
BəstəkarKadokawa
GOON TRAX
StudiyaGoHands
KanalTokyo MX, MBS, TV Aichi və BS11
Buraxılış tarixi11 yanvar 2017 — 28 mart 2017
  Anime və manqa portalı

Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir.[1]

Tazuna (コヨリ?)
Səsləndirən: Soma Sayto[2]
Koyori (タヅナ?)
Səsləndirən: Sumire Morohoşi[2]
Riri (リリ?)
Səsləndirən: Ay Kayano[2]
Masaru (マサル?)
Səsləndirən: Ayumu Murase[2]
Çizuru (チヅル?)
Səsləndirən: Sumire Uesaka[2]
Hayate (ハヤテ?)
Səsləndirən: Kayto İşikava[2]
Kodama (コタマ?)
Səsləndirən: Mikako Komatsu[2]
Hibiki (ヒビキ?)
Səsləndirən: Tomokazu Suqita[2]
Brik (ブレイク?)
Səsləndirən: Cun Fukuyama[2]
Bind (バインド?)
Səsləndirən: Yoko Hikasa[2]
Makihara (マキハラ?)
Səsləndirən: Şotaro Morikubo[2]
Musubu (ムスブ?) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu?)
Səsləndirən: Sora Amamiya[3]
Tazunanın atası (タヅナの父, Tazuna no chichi?)
Səsləndirən: Kenciro Tsuda[3]
Tazunanın anası (タヅナの母, Tazuna no haha?)
Səsləndirən: Satomi Sato[3]
Tomoki (トモキ?) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki?)
Səsləndirən: Yuusuke Kobayaşi[3]
Tanrının səsi (神の声, Kami no koe?)
Səsləndirən: Daysuke Namikava[3]

Layihə 2016-cı ilin martında anons edilmiş,[4] lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir.[5] Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.[6] Animenin premyerası 11 yanvar 2017-ci ildə[a] baş tutacaq.[7] GOON TRAX animenin musiqisini bəstələyəcək.[5][6] Açılış mahnısı OxT tərəfindən ifa olunan "One Hand Message" mahnısı, bağlanış mahnısı isə Akino Aray tərəfindən ifa olunan "Yume Miru Ame" (ユメミル雨?) mahnısıdır.[7] Açılış mahnısının CD sinqlı 25 yanvar 2017-ci ildə, bağlanış mahnısının CD sinqlı isə 22 fevral 2017-ci ildə buraxılacaq.[7] Animenin ilk 4 seriyası "Əl sıxan olmağa gedən yol" başlığı ilə 4 seriyası 2016-cı ilin noyabrında Osaka şəhərində nümayiş etdirilmişdir.[7]

  1. Animenin Yaponiyada premyera tarixi saat 24:30 10 yanvar 2016-cı ildir. Bu isə saat 00:30 11 yanvar 2016-cı il tarixinə ekvivalentdir.
  1. "Official Website for "Hand Shakers" Reveals Character Key Art". Crunchyroll (ingilis). 30 iyul 2016. 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 "Hand Shakers TV Anime Reveals Character Designs, Cast Roles". ANN (ingiliscə). 16 sentyabr 2016. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2016.
  3. 1 2 3 4 5 "More Voice Roles Clarified for Cast of "Hand Shakers"" (ingiliscə). 10 noyabr 2016. 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2016.
  4. "Animate Shops Celebrate 30 Years with Original "Hand Shakers" Anime". Crunchyroll (English). March 20, 2016. November 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
  5. 1 2 "First Look Offered Of GoHands × Frontier Works × KADOKAWA Original Anime "Hand Shaker"". Crunchyroll (English). July 16, 2016. May 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
  6. 1 2 "GoHands' Hand Shakers Anime's 1st Promo Video Reveals Cast, January Premiere". Anime News Network (English). July 16, 2016. 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2016.
  7. 1 2 3 4 "Hand Shakers TV Anime's Theme Song Artists, January 10 Premiere Revealed". ANN (ingiliscə). 14 noyabr 2016. 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]