K (ケイ, Key?, həmçinin K Project adı ilə tanınır) — 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün,[4] Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır.
K | |
Animenin serialının posteri. Arxa cərgədə soldan sağa: İzumo Kusanaqi, Misaki Yata, Mikoto Suo, Seri Avaşima, Reysi Munakata, Saruhiko Fuşimi. Ön cərgə soldan sağa: Yaşiro İsana, Anna Kuşina, Neko, Kuro Yatoqami. | |
ケイ (Key) K Project | |
---|---|
Janr | döyüş, elmi fantastika, şəhər fentezisi[1] |
Anime | |
Rejissor | Şinqo Suzuki |
Ssenarist | GoRA[2] |
Bəstəkar | Mikio Endo |
Studiya | GoHands |
Digər lisenziyalar | |
Kanal | MBS, TBS, CBC, AT-X, BS-TBS |
Digər kanallar | Neon Alley Animax Asia |
Buraxılış tarixi | 5 oktyabr 2012 – 28 dekabr 2012 |
Seriyalar | 13 (seriya siyahısı) |
Manqa | |
K: Memory of Red | |
Yazıçı | GoRA |
Rəssam | Yui Kuroe |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 28 may 2012 – 15 avqust 2013 |
Cildlər | 3 |
Manqa | |
K: Stray Dog Story | |
Yazıçı | GoRA |
Rəssam | Yui Kuroe |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | seynen |
Nəşr tarixi | noyabr 2012 – mart 2013 |
Cildlər | 1 |
Manqa | |
K: Days of Blue | |
Yazıçı | GoRA |
Rəssam | Yui Kuroe |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 5 noyabr 2013 – 28 iyul 2014 |
Cildlər | 2 |
Manqa | |
K: The First | |
Yazıçı | GoRA |
Rəssam | Rin Kimura |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 18 dekabr 2013 – hazırda |
Manqa | |
Gakuen K | |
Yazıçı | GoRA |
Rəssam | Ciro Suzuki |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 18 yanvar 2014 – hazırda |
Manqa | |
K: Lost small world | |
Yazıçı | GoRA |
Rəssam | Yori Ookita |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 13 iyun 2014 – hazırda |
Manqa | |
K: Countdown | |
Yazıçı | GoRA |
Rəssam | Yui Kuroe |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 27 dekabr 2014 – 28 iyul 2015[3] |
Anime | |
K: Missing Kings | |
Rejissor | Şinqo Suzuki |
Ssenarist | GoRA |
Bəstəkar | Mikio Endo |
Studiya | GoHands |
Digər lisenziyalar | |
Vaxt | 73 dəq. |
Video oyun | |
Gakuen K: Wonderful School Days | |
Hazırlayan | Otomate |
Nəşr edən | Idea Factory |
Janr | vizual roman |
Platforma | PlayStation Portable PlayStation Vita |
Buraxılış tarixi | PlayStation Portable 30 oktyabr 2014 PlayStation Vita 22 oktyabr 2015 |
Manqa | |
K: Missing Kings | |
Yazıçı | Hideyuki Furuhaşi |
Rəssam | Haruto Şyota |
Nəşriyyat | Square Enix |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 18 aprel 2015 – 18 avqust 2015 |
Manqa | |
K: Dream of Green | |
Yazıçı | GoRA |
Rəssam | Yui Kuroe |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 18 sentyabr 2015 – hazırda[3] |
Anime | |
K: Return of Kings | |
Rejissor | Şinqo Suzuki |
Ssenarist | GoRA |
Bəstəkar | Mikio Endo |
Studiya | GoHands |
Digər lisenziyalar | |
Kanal | MBS, TBS, CBC, BS-TBS, AT-X |
Digər kanallar | Animax Asia |
Buraxılış tarixi | 3 oktyabr 2015 – 26 dekabr 2015 |
Seriyalar | 13 (seriya siyahısı) |
Manqa | |
K: Return of Kings | |
Yazıçı | Hideyuki Furuhaşi |
Rəssam | Haruto Şyota |
Nəşriyyat | Square Enix |
Demoqrafiya | şonen |
Cildlər | 17 oktyabr 2015 – hazırda |
Anime | |
K: Seven Stories | |
Rejissor | Şinqo Suzuki |
Ssenarist | GoRA |
Studiya | GoHands |
Anime | |
K: Seven Stories | |
Rejissor | Şinqo Suzuki |
Ssenarist | GoRA |
Studiya | GoHands |
Digər lisenziyalar |
Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur.[5] Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır. "K Side:Black and white" ranobesi 2013-cü ilin mayında, "K - Lost small world" ranobesi 2014-cü ilin aprelində nəşr olunmuşdur.
12 iyul 2014-cü ildə tammetrajlı anime ekranlaşdırılmışdır.[6] Otomate şirkəti tərəfindən isə vizual roman istehsal olunmuşdur.
3 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi anime serialının davam mövsümü "K: Return of Kings" göstərilmişdir.[7]
2016-cı ilin aprelində GoRA və GoHands studiyasının üzərindəki işləyəcəyi "K: Seven Stories" adlı yeni anime layihəsi anons edilmişdir. Şinqo Suzuki yenə animenin rejissoru və personaj dizayneri olacaq.[8]
№ | Rəng | Kral |
---|---|---|
1 | Gümüş kral | Yaşiro İsana |
2 | Qızıl kral | Daykaku Kokucoci |
3 | Qırmızı kral | Qenci Kaqutsu |
Mikoto Sou | ||
Anna Kuşina | ||
4 | Göy kral | Cin Habari |
Reysi Munakata | ||
5 | Yaşıl kral | Naqare Hisui |
6 | Boz kral | Tenkey İvafune |
7 | Rəngsiz kral | İçiqen Miva |
Rəngsiz kral |
Yaşiro İsana adi həyat tərzi sürən tələbədir. O, texnologiya sahəsində irəliləmiş Şizume şəhərində yaşayır və bütöv adanı əhatə edən nüfuzlu Aşinaka Liseyində təhsil alır. Yaşiro hər kəslə dostdur, onu liseydə hər kəs sevir, həyatda heç bir problemi yoxdur. Lakin bir gün liseydə keçiriləcək festival üçün fişəng almaq məqsədilə adadan ayrılan Yaşironun arxasınca bir qanqster dəstəsi düşür. Onu öldürmək istədiklərini anlayan Yaşiro qaçmağa çalışır, lakin küncə sıxışdırılır. Bu zaman onun köməyinə Kuro Yatoqami adlı bir nəfər gəlir və onu xilas edir. Xilas olduğunu düşünən Yaşiro ona təşəkkür etmək istəyir, amma bu dəfə onun ona qılınc çəkdiyini görür. Yaşiro ona kələk gələrək aradan çıxır.
Növbəti gün Kuro onu tapmaq üçün Aşinaka Liseyinə gəlir. Yaşironun dostu Kukuri Yukizomenin köməyi ilə Kuro onu tapır. Qısa qaç-gəldən və Neko adlı illüziyaçı qadının peyda olmasından sonra Kuro Yaşiroya hər şeyi başa salır: Yaponiya "Krallar" adlandırılan xüsusi şəxslər tərəfindən idarə olunur. Bu kralların hər birinin öz rəngi, silahdaşları və xüsusi gücü olur. Kuro isə Yeddinci kralın — Rəngsiz kral İçiqen Mivanın şagirdi idi. Kuro öz ustadının istəyinə uyğun olaraq Rəngsiz kralın varisi olan Yaşiro İsananı əgər pis şəxsdirsə öldürməli, yox, yaxşı şəxsdirsə, onu kral kimi tanımalıdır. Məlum olur ki, bir neçə gün əvvəl Qırmızı kral Mikoto Suonun dəstəsindən olan Tatara Totsuka öldürülübmüş. Cinayət baş verərkən çəkilmiş videodakı cinayətkar Yaşiroya çox bənzəyir və özünü Rəngsiz kral kimi təqdim edir. Buna əsaslanan Kuro Yaşironun Rəngsiz, lakin pis kral olduğunu yəqin edib öldürmək istəyir. Amma Yaşiro günahkar olmadığını bildirib ipucu axtarmaq üçün imkan istəyir. Kuro bu təkliflə razılaşır.
Bu hadisələr baş verərkən Qırmızı kral Mikoto Suo şəhərdəki əsas ədalət keşikçisi olan Göy kral Reysi Munakataya təslim olur.
Yaşiro günahsız olduğunu sübut etmək üçün dəlillər axtarmağa başlayır. Bir neçə uğursuz cəhddən sonra Kukuri cinayətin baş verdiyi gecə Yaşironun adada olduğunu təsdiq edir. Yaşiro qurtulduğunu düşünərkən evində qanlı köynək tapır. Şübhəyə düşən Yaşiro Kuro ilə öz evinə gedir, amma evinin yerində stadion görür. Yaşiro Kukuriyə zəng edir, amma Kukuri onu tanımır. Stadionda isə onlar Göy kralın hücumuna məruz qalırlar və aradan çıxmalı olurlar. Məlum olur ki, Neko Yaşironun ətrafında olan insanların yaddaşlarına saxta xatirələr yerləşdiribmiş. Yaşiro əslində kim olduğunu bilmək üçün Nekodan saxta xatirələri yığışdırmasını istəyir. Onlar həmişə göydə süzən dirijablda yaşayan, ilk və ölümsüz kral hesab olunan Gümüş kraldan şübhələnirlər. Yaşiro Göy krala Gümüş kralı həbs etmək müqabilində təslim olacağını deyir. Amma əməliyyat zamanı Gümüş kral intihar edir.
Həbsdə olan Mikoto nəhayət cinayətkar olan Rəngsiz kralın Aşinaka adasında olduğunu öyrənir və həbsdən qaçır. Qırmızı kral və onun dəstəsi Aşinaka Liseyini ələ keçirir və qatili axtarmağa başlayırlar. Yaşiro, Kuro və Neko adaya qayıdırlar və Kukurini xilas etməyə çalışırlar. Qəfildən Kukuri Yaşironu bıçaqlayır, lakin Yaşiro ölmür. Yaşiro hər şeyi xatırlayır: Sən demə, Yaşironun əsl adı Adolf Veysmandır, üstəlik Rəngsiz kral deyil, Gümüş kraldır. 1945-ci ildə Almaniya üçün eksprementlər apararkən o bu "Krallar" gücünü kəşf edir, lakin düşmən qüvvələri Almaniyanı bombalayanda bacısı ölübmüş. Buna görə də dirijabla minib 50 ildən çox oranı tərk etmir. Amma bir gün Totsuka cinayətini işləyən Rəngsiz kral bədən dəyişdirmək qabiliyyəti sayəsində onun bədənini ələ keçirir və onu dirijabldan tullayır. Aşinaka adasına huşsuz və yeni bədəni ilə düşən Gümüş kral heç nəyi xatırlamır və Neko ilə tanış olur. Neko ətraf insanların xatirələrində dəyişikliklər edərək onu dost kimi tanımalarına şərait yaradır.
Rəngsiz kral bu dəfə Kukurinin bədənini ələ keçiribmiş. Hər şey aydınlaşsa da, adada Göy kral və Qırmızı kralın həm özləri, həm də qüvvələri arasında döyüş davam edir. Yaşiro hər şeyi qaydasına qoymağa qərar verir. Nekonun köməyi ilə adadakı bütün tələbələri uzaqlaşdırır, Kuronun köməyi ilə Rəngsiz kralı Kukurinin bədənindən çıxarın özünə çəkir. Daha sonra Göy kral və Qırmızı kral arasındakı döyüşə daxil olur və Qırmızı kralın onu öldürməsinə imkan verir. Amma Mikoto bütün gücünü istifadə etdiyindən ölür və bu, nəhəng partlayışla müşayiət olunur.
Personaj siyahısı | ||
---|---|---|
|
"K" animesi Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən istehsal olunmuşdur. Anime serialı 5 oktyabr 2012-ci ildə yayımlanmağa başlamışdır və 27 dekabr 2012-ci ildə başa çatmışdır. Serial Animax kanalında göstərilmişdir. Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır.[9][10] "K" anime serialı VizMedia video saytı vasitəsilə də yayımlanmışdır. Anime serialı üçün 1 açılış, 3 bağlanış mahnısından istifadə olunmuşdur. Açılış mahnısı Angela tərəfindən ifa olunmuş "KINGS" mahnısıdır.[2] Üç bağlanış mahnısı isə Mikako Komatsu tərəfindən ifa olunmuş "Tsumetai Heya, Hitori" (冷たい部屋、一人?, azərb. "Soyuq otaq, bir şəxs"),[2] Yuki Kaci tərəfindən ifa olunmuş "Circle of Friends" (azərb. "Dostlar çevrəsi") və Angela tərəfindən ifa olunmuş "To be with U!" (azərb. "U ilə olmaq!") mahnılarıdır.
18 oktyabr 2014-ci ildə animenin ikinci mövsümü anons edilmişdir.[11] "K: Return of Kings" (azərb. "K: Kralların qayıdışı") adlı yeni mövsüm MBS, TBS, CBC, BS-TBS və AT-X kanallarında 3 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. İkinci mövsümün açılış mahnısı kimi Yui Horie tərəfindən ifa olunmuş "Asymmetry" (azərb. "Qeyri-simmetriya"), bağlanış mahnısı kimi CustomiZ tərəfindən ifa olunmuş "Solution" (azərb. "Həll") mahnısı seçilmişdir. "K: Return of Kings" Viz Media tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[12]
Anime serialında baş verən hadisələrin davamı üçün anime filmi çəkilmişdir.[13] Film 12 iyul 2014-cü ildə ekranlaşdırılmışdır. "K: Missing Kings" (azərb. "K: İtmiş krallar") adlı anime filmində Mişakuci Yukari adlı yeni personaja yer verilmişdir. Film anime serialında baş vermiş hadisələrdən 1 sonrakı vəziyyəti təsvir edir. Viz Media anime filmini lisenziyalaşdırmışdır.[12]
№ | Başlıq | Nəşr tarixi | ISBN |
---|---|---|---|
K SIDE : BLUE | 18 oktyabr 2012 | ISBN 978-4062838177 | |
Müəllif: 古橋秀之 (GoRA), Rəssam: 鈴木信吾 (GoHands) | |||
K SIDE : RED | 15 noyabr 2012 | ISBN 978-4062838184 | |
Müəllif: 来楽零 (GoRA), Rəssam: 鈴木信吾 (GoHands) | |||
K SIDE : BLACK & WHITE | 21 may 2013 | ISBN 978-4062838320 | |
Müəllif: 宮沢龍生 (GoRA), Rəssam: 鈴木信吾 (GoHands) | |||
K -Lost Small World- | 2 aprel 2013 | ISBN 978-4062838665 | |
Müəllif: 壁井ユカコ (GoRA), Rəssam: 鈴木信吾 (GoHands) |
№ | Nəşr tarixi | ISBN | |
---|---|---|---|
1 | 12 oktyabr 2012 | ISBN 978-4063805963 | |
2 | 13 mart 2013 | ISBN 978-4063806205 | |
3 | 7 oktyabr 2013 | ISBN 978-4063806526 | |
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 5 aprel 2013 | ISBN 978-4063878837 |
№ | Nəşr tarixi | ISBN | |
---|---|---|---|
1 | 7 aprel 2014 | ISBN 978-4063806878 | |
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
2 | 2014/8/12 | ISBN 978-4063807134 |
Otamate tərəfindən vizual roman adaptasiyası istehsal olunmuşdur və 2014-cü ildə yayımlanmışdır. Oyun əsasən qadınlar üçün nəzərdə tutulmuşdur, oyunçuya oyunun qəhrəmanı olmaq imkanı verir. Oyunçu anime serialında görünməyən Saya Konohana (木野花 沙耶, Konohana Saya?) personajının rolunda çıxış edir. Oyunda əsas məqsəd məktəbdən istifadə edərək baş qəhrəmanları güdməkdir.