Hans Burqkmayr (1.1.ilə 10.5. arası, 1473, Auqsburq – may ilə avqust arası, 1531, Auqsburq) — alman boyakarı və qrafiki.[1]
Hans Burqkmayr | |
---|---|
ing. Hans Burgkmair the Elder | |
| |
Doğum tarixi | |
Doğum yeri | Auqsburq |
Vəfat tarixi | |
Vəfat yeri | Auqsburq |
Milliyyəti | alman |
Fəaliyyəti | boyakar, qrafik |
Vikianbarda əlaqəli mediafayllar |
Atası rəssam Toman Burqkmayrdan (1444–1523), Kolmarda M. Şonqauerdən (1488–89); Auqsburqda ehtimal ki, Böyük H. Holbeyndən (təqr. 1492) dərs almışdır. 1498-ci ildən Auqsburqda boyakarlar gildiyası ustası olmuşdur. Müq. Yekaterina monastırının sifarişi ilə Roma bazilikalarına həsr olunmuş silsilə tablolar ("Müq. Pyotr bazilikası", 1501 və s., Dövlət qalereyası, Auqsburq) çəkmişdir (Böyük Holbeynlə birlikdə).[1]
Rəssam bir neçə dəfə İtaliyada, əsasən, Milan və Venesiyada olmuşdur (təqr. 1495 və 1506–07). Şimal İntibahının görkəmli nümayəndələrindən biridir. Yaradıcılığının yetkin dövrü əsərlərində Şimali İtaliya boyakarlığından (əsasən, Venesiya məktəbindən) əxz etdikləri əksini tapmışdır. Bu xüsusiyyətlər Burqkmayr tablolarının kolorit quruluşunda, sərbəst və tarazlaşdırılmış kompozisiya həllində özünü göstərir ("Məryəm ana körpəsi ilə", 1509–10, Almaniya milli muzeyi, Nürnberq). Yaradıcılığının son dövr əsərlərinin kompozisiyası bir qədər ağırlığı ilə fərqlənir ("Esfir və Artakserks", 1528, Qədim pinakoteka, Münxen). Qravüralar üçün çoxsaylı rəsmlər çəkmişdir. Bir neçə lövhədən rəngli çap (kyaroskuro texnikası) tətbiq etməklə ksiloqrafiyanın imkanlarını genişləndirmişdir.[1]