Hans Redlix (alm. Hans Ferdinand Redlich; 11 fevral 1903, Vyana, Avstriya-Macarıstan İmperiyası, indiki Avstriya — 27 noyabr 1968, Mançester, Böyük Britaniya) — Avstriyalı bəstəkar, dirijor, musiqişünas və pedaqoq.
Hans Redlix | |
---|---|
alm. Hans Redlich | |
Ümumi məlumatlar | |
Doğum adı | Hans Ferdinand Redlich |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya-Macarıstan |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Mançester, Böyük Britaniya |
Vətəndaşlığı | Avstriya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
bəstəkar musiqiçi dirijor |
Təhsili |
1931-ci ildə Frankfurt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1924—1925-ci illərdə Berlin, 1925—1929-ci illərdə Mayns, daha sonra Manhaymda dirijor kimi çalışmışdır. Faşistlərin hakimiyyətə gəlməsindən sonra mühacirət etməyə məcbur olmuşdur. 1937-ci ildə Böyük Britaniyada daimi yaşamağa başlamışdır. BBC-də dirijor kimi işləmişdir, Kembric (1942—1949), Birminhem (1949—1955), Edinburq (1949—1955) və Mançester kimi Britaniya universitetlərində dərs demişdir. Bir sıra musiqi ensiklopediyaları və lüğətləri üçün məqalələr yazmışdır. Hendelin əsərlərinin Tam toplusunun nəşrin hazırlanmasında iştirak etmişdir. Qustav Maler, Klaudio Monteverdi, Rixard Vaqner, Anton Brukner və Alban Berq haqqında monoqrafiyalar yazmışdır.