Mançester Universiteti (ing. University of Manchester) — İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın aparıcı elmi-tədqiqat universitetləri qurumu olan Russell Qrupunun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır.[2]
Mançester Universiteti | |
---|---|
53°27′58″ şm. e. 2°13′55″ q. u. | |
Şüar | Cognitio, sapientia, humanitas |
Əsası qoyulub | 1824-cu il |
Tip | Dövlət |
Rektor | Tom Bloxham |
Tələbə sayı | 35441 nəfər, İşçi heyəti: 5800 |
Şəhər | Mançester |
Ölkə | |
Sayt | manchester.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
89 | 78 | 53 | 50 | 48 | 40 | 41 | 44 | 38 | 40 | 41 | 38 | 41 |
2015/16[17] | 2014/15[18] | 2013/14[19] | 2012/13[20] | 2011/12[21] | 2010/11[22] |
---|---|---|---|---|---|
33 | 30 | 33 | 32 | 29 | 30 |
Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: