Haqverdi Haqverdiyev

Haqverdi Tanrıverdi oğlu Haqverdiyev (d.1939, Tovuz rayonunun Çeşməli kəndi) — AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru.

Haqverdi Haqverdiyev
Haqverdiyev Haqverdi Tanrıverdi oğlu
Doğum tarixi
Doğum yeri Tovuz rayonu Çeşməli kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi Yer elmləri üzrə fəlsəfə doktoru
Elmi adı Aparıcı elmi işçi
İş yerləri AMEAGeologiya və Geofizika İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "İlin alimi" 2017-ci il

Həyatı[redaktə | mənbəni redaktə et]

Haqverdi Haqverdiyev 1939-cu ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1958-1963-cü illərdə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib, geoloq ixtisasına yiyələnmişdir. 1971-ci ildə"Kəlbəcər törəmə muldasının dördüncü dövr vulkanizmi" mövzusunda elmlər namizədliyi dissertasiyasını müdafiə etmişdir. Uzun illər Kəlbəcərdə 4-cü dövr vulkanlarını öyrənməklə məşğul olmuşdur.Əmək fəaliyyətinə 1963-cü ildən başlamışdır.1963-cü ildə Qazaxıstanda geoloq vəzifəsində işləmişdir. 1969-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda aparıcı elmi işçi işləyir.[1]

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Yer qabığının təkamülünün dinamikası konsepsiyasını işləyib hazırlanıb. Həmin konsepsiya mövqeyindən əksər geoloji proseslərin, o cümlədən qlobal geotektonik proseslərin (astenosferin dərinlik yarıqlarının, vulkan püskürmələrinin, zəlzələlərin, sunamilərin, vulkanoplutonik vç s. proseslərin ) mənşəyini, yer qabığında paylanma qanunauyğunluqların və onların faydalı qazıntı yataqlarının əmələ gəlməsində və yer qabığının təkamülündə rolu elmi cəhətdən əsaslandırılmışdır. [2]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

1.Пульс планеты (на азерб .-ком языке)

2.Вулканизм в геотектоническом развитие Малого Кавказа (на Аз.-ском языке)

3.Новый взгляд о перемещение литосферных масс. Мат. международ. тект. сов. Москва, 2008, ст. 42-43.

4. (соавт. Велиев З.А.) Глубинные разломы и их роль в дегазации Земли. Мат. межд. народ. конф. по дегазации Земли. Москва, 2008., ст.

5. The geodynamics of the earth’s crust evolution. 62 Turkey. Geology Kura. Ankara.2009


Pedoqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Universitetində Petroqrafiya fənninin tədrisi

Mukafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Haqverdi Haqverdiyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb. 2017-ci il

İnstitutdan bu mükafat alimə ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə verilib.

Qeyd edək ki, H.Haqverdiyev geologiya-mineralogiya elmlərinin inkişafı üçün göstərdiyi xidmətlərinə görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif olunub.


Xarici kecid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  2. https://www.gia.az/view.php?lang=az&menu=102&id=2051[ölü keçid]