Haqverdi Verdiyev

Verdiyev Haqverdi Camal oğlu (12 aprel 1958, Qapanlı, Şamxor rayonu19 iyun 1992, Aterk) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi.

Haqverdi Verdiyev
Verdiyev Haqverdi Camal oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri
Dəfn yeri Bakı, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Həsənriz (Aterk) uğrunda 40 Şəhid. (Abidə 5 sentyabr 1992 qoyulmuşdur.) Yusif Qasımov (baş leytenant), Haqverdi Verdiyev ,Sərvan Ağayev,Elman Cavadov, Ucar Zeynalov

Həyatı[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. O, 1976-cı ildə İ.Məmmədov adına Qapanlı kənd orta məktəbini bitirmişdir. Haqverdi Verdiyev 1977-ci ildə Sovet ordusunda xidmət etdikdən sonra Rusiyanın Novqorod şəhərində milis məktəbinə daxil olmuş və oranı fərqlənmə dipolmu ilə bitirərək leytenant rütbəsinə yüksəlib hava limanında desant qoşunlarında xidmət etmişdir. Verdiyev Haqverdi Camal oğlu Ağdərə bölgəsində Atek kəndində qəhrəmancasına şəhid olmuş və 5 sentyabr 1992-ci ildə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Haqverdi Verdiyev ailəli olmuş, Zamiq və Ramil adlı 2 oğlan övladları var.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]