Harun Yəhya

Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi.[3][4]

Adnan Oktar
türk. Adnan Oktar
Doğum tarixi 2 fevral 1956(1956-02-02) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə
Atası Yusif Oktar
Anası Mediha Oktar
Dini İslam
Təhsili -
Fəaliyyəti təriqət qurucusu
Fəaliyyət illəri 1979-cu ildən
Partiyası
harunyahya.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur.[5]

Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur.

Elmi-dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır. Cavid Yalçın təxəllüsündən istifadə etsə də əsərlərinin əksəriyyətini Harun Yəhya təxəllüsü ilə çap etdirmişdir.

Düşünülür ki ilk kitabı hələ tələbəlik illərində yazdığı "Təkamül nəzəriyyəsi" kitabıdır. "Qlobal Masonluq", "Darvinizmin sonu" və s. kimi anti-mason, anti-darvinist kitabları mövcuddur. 2006-cı ildə Darvinizmi hədəf alan "Canlılar və Təkamül" kitabı nəşr olunmuşdur.

İlk dəfə 2006-cı ildə çap edilmiş "Məxluqların xəritəsi" kitabı dünyada ateist bioloqlar arasında geniş tənqid hədəfinə çevrilmişdir.

Əslində adı ilə çıxan kitablardan heç birini yazmayıb.[6]

Elmi-publisistik fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Bir çox qəzet və jurnallarda məqalələri nəşr olunur. Türkiyədə nəşr olunan (olunmuş) "Mərcək", "Düşünən Uşaq", "Araşdırma", "Elmi Mərcək", "Elmi Araşdırma", "Türk-İslam Birliyi" jurnallarının müəllifidir və mütəmadi olaraq bu jurnallarda məqalələri nəşr olunur.[7]

Ermənistan-Türkiyə münasibətlərinə mövqeyi

[redaktə | mənbəni redaktə et]

Erməni xalqını türklərin qardaşı adlandırır və Ermənistan-Türkiyə sərhəddinin qeyd-şərtsiz açılmasını tələb edir[8]. Bu barədə o sahibi olduğu A9 telekanalında özünün müəllifi olduğu verilişdə açıq bildirmişdir.

Həbs olunması

[redaktə | mənbəni redaktə et]

"Yəhudilik və Masonluq" kitabını yazması Türkiyədə böyük əks-səda doğurur. 1986-cı ildə ilk dəfə həbs olunur. 9 ay həbsdə qaldıqdan sonra ağıl xəstəliyi səbəbilə Bakırköy Ağıl Xəstəlikləri xəstəxanasına salınmışdır.[9] 10 ay xəstəxanada qaldıqdan sonra prokurorun "ifadələrində cinayət məsuliyyəti yoxdur" deməsilə buradan azadlığa buraxılmışdır.

Maliyyə cinayətləri şöbəsinə aid olan polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən və əleyhinə 32 müxtəlif ittiham irəli sürülən Adnan Oktar son 25 ildə adı fərqli istintaqlarda, ittihamlarda və açıqlamalarda gündəmə gəlmişdir. 2018-ci ilin iyul ayında qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətmək və s. bu kimi çox sayda cinayətdə ittiham olunaraq həbs edilmişdir.[10] 11 yanvar 2021-ci ildə Oktar 9,803 il 6 ay həbs və 400,000 türk lirəsi pul cəzasına məhkum edildi.[11][12][13][14]

  1. 1 2 https://haber.sol.org.tr/turkiye/adnan-oktar-bir-gericinin-akp-ile-yakin-iliskileri-242613.
  2. 1 2 https://www.hurriyetdailynews.com/bikini-is-islamic-veil-turkish-televangelist-oktar-tells-police-134884.
  3. ""Nihayet". Hürriyet, 13 noyabr 1999". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  4. "İğrenç Adam". Hürriyet, 20 noyabr 1999[ölü keçid]
  5. "Adnan Oktarın valideynlərinin evlilik şəhadətnaməsi". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-22.
  6. "Adnan Oktar'ın Harun Yahya kitaplarını başkası yazmış". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  7. "Harun Yəhya, Dərgilər (türkcə)". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-23.
  8. http://daytube.az/view=xkncc9z5[ölü keçid]
  9. "Adnan Oktar Bakırköy Ağıl Xəstəlikləri xəstəxanasında olarkən". 2013-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-23.
  10. ""Kediciklər" hərəminin sahibi Adnan Oktar kimdir?". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
  11. "9 bin 803 yıl aldı, 30 yıl yatacak: Adnan Oktar 95'inde tahliye olacak". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  12. "Adnan Oktar 95'inde tahliye olacak; 9 bin 803 yıl aldı, 30 yıl yatacak". 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  13. "9 bin 803 yıl hapis". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  14. "Adnan Oktar toplam 9 bin 803 yıl 6 ay hapis cezasına çarptırıldı". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]