Hasi-Məsud (ərəb. حاسي مسعود) — Əlcəzairin şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və dairədəki yeganə kommunadır. Əlcəzairdə neft sənayesinin mərkəzlərindən biridir.
Hasi-Məsud | |
---|---|
31°42′ şm. e. 6°04′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 152 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 30500 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın şimal hissəsində, Hasi-Məsud neft yatağının ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 609 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 152 metrdir.[2]
Hasi-Məsud kommunası Ruysat, Əyn-Bəyda, Hasi-Ben-Abdullah, Əl-Həcirə, Mnager, Taybet və Bəl-bURDA kommunaları və İllizi, Tamanrasset və Qardaya vilayətlərinin əraziləri ilə həmsərhəddir . Sahəsi 71,237 km2-dir.
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 40 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,5 °C, ən isti ay (avqust) 34,3 °C-dir.[3]
Şəhər ərazisindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Hasi-Məsud şəhərinin şərqində eyniadlı havalimanı yerləşir.