Hava müalicəsi

Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi.[1]

  1. Аеротерапија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 129.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal. — 1906. — Vol. 154 (15 March). — P. 288–291. — doi:10.1056/NEJM190603151541103.
  • Rankin, G. The Open-Air Treatment of Tuberculosis : The "Dreadnought" hospital, Greenwich : [англ.] // BMJ. — 1902. — Vol. 1, no. 2142 (18 January). — P. 152–153. — doi:10.1136/bmj.1.2142.152. — PMID 20760000. — PMC 2511745.
  • Altitude therapy at the sanatorium for the treatment of tuberculosis : [англ.] : [арх. 11 ноября 2019] // Universität Zürich. — 2019. — 28 October.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Сауэр, Дж. Аэротерапия : из кн. "Аэротерапия против Туберкулеза" / Пер. с англ. Н. Д. Фирсовой. — 2018.