Hava və iqlim

Hava[redaktə | mənbəni redaktə et]

Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. İnsanın həyatı və təsərrüfat fəaliyyəti üçün ən əhəmiyyətli meteoroloji kəmiyyətlər aşağıdakılardır: torpağın temperaturu və rütubəti, havanın təzyiqi, havanın temperaturu və rütubəti, buludluluq, yağıntı, küləyin sürətiistiqaməti. Çox zaman bu parametrlər hava kəmiyyətləri (parametrləri) də adlandırılır. Bu kəmiyyətlər qarşılıqlı əlaqədə olub bir birindən asılı olurlar.[1]

iqlim[redaktə | mənbəni redaktə et]

Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.[2] Günəş radiasiyası ən əhəmiyyətli iqlim əmələgətirən amildir. Belə ki, bu enerji hesabına atmosferdə olduqca müxtəlif fiziki proseslər baş verir. Günəş radiasiyası yer səthinə qeyri-bərabər gəlib çatır. Bu öz növbəsində istər səth örtüyünün, istərsə də yer kürəsinin müxtəlif en dairələrində havanın qeyri-bərabər qızmasına səbəb olur. Bu müxtəlifliklər təzyiq fərqləri yaradır, təzyiq fərqləri isə istilik və rütubət dövranını meydana çıxaran hava axınlarını yaradırlar. Beləliklə günəş radiasiyası başqa bir iqlim yaradıcı amilin meydana çıxmasına səbəb olur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Hava, İqlim

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Hava və iqlim

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. С.П.Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  2. Матвеев Л.Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.
  3. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, 528 səh.