Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir;
Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.[1]
Atmosfer təbəqələri, İstilik dövranı