Havar

Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir.

Havar
ərəb. جزر حوار
Ümumi məlumatlar
Adaların sayı 16
Ən böyük adası Havar adası
Ümumi sahəsi 52 km²
Hündür nöqtəsi 22 m
Yerləşməsi
25°39′ şm. e. 50°47′ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Havar xəritədə
Havar
Havar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası və təsviri

[redaktə | mənbəni redaktə et]

Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır. Adanın uzunluğu 18 km, eni 5,2-0,9 km arasında dəyişir[1]. Adaların iqlim tipi səhradır. Burada daimi yaşayış yeri demək olar ki yoxdur. Arxipelaqda yeganə gözə dəyən tikili Best Western mehmanxanasıdır. Mehmanxana arxipelaqın ən iri adası olan Havarın sahilində qərarlaşır. Bu obyektdə ümumilikdə 140 otaq fəaliyyət göstərir. Adanın qərb sahilində yerləşən mehmanxana 2014-cü ilin fevralında təmirdən sonra yenidən açılmışdır[2]. Mehmanxana yaxınlığında polis qarnizonunun binası yerləşir. Belə ki, adaya düşmək hər kəsə nəsib olmur. Bura giriş məhduddur. Arxipelaqda su demək olar az tapılır.

Arxipelaqda xüsusi ilə quşlar arasında Socotra cormorant növü geniş ysyılmışdır. Halbuki, bu növün dünyada tükənmə təhlükəsi vardır. Məməlilərdən Ərəb köpgəröküzüceyranları müşshidə etmək olar. Sahil sularında isə Dyoqonlar yayılmışdır[3].

XIX əsrin əvvəllərində adalarda Davasir qəbiləsinə aid Bədəvilər yaşayırdı. Qərb səyyahları adaları 1820-ci ildə ətraflı şəkildə araşdırmış və onları Uorden adaları adlandırmışlar. O zaman adalarda cəmi iki kənd qeydə alınmışdır. 1997-ci ildən adalsr Ramsar konvensiyasına daxil edilmişdir. Hüquqi cəhətdən adaların mikə mənsub olması məsələsi üzərində mübahisələr hələ 10 illiklərdə davam etmişdir[4]. 16 adadan üçünün Bəhreyn və Qətər arasınd mübahisə predneti olmaqdan 2001-ci il anlaşması ilə çıxarılmışdır[5]. Buna qədər isə adalar Bəhreynin ayrıca muxafazasına daxil idi. 1997-ci il Ramsar kovensiyasına daxil edilən adalarla bağlı mübahisə aradan qalxmışdır. 2004-cü ildə Bəhreyn Havar arxipelaqını UNESKO Ümumdünya irsi siyahısına daxil etmək istəyərkən onun bu iddiası təmin edilməmişdir[6].