Hay Layn

Hay Layn (ing. The High Line — "hündür xətt") — MidatunAşağı Manhettenin MitpekinqÇelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır.[1]

Hay Layn
High Line
Məlumatlar
Parkın tipi şəhər parkı
Ölkə
Yerləşməsi
Yaradılıb 2009
Ziyartəçi sayı 7 600 000 (2015)
Saytı thehighline.org
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.[2][3]

1980-ci ildə dəmir yolu xətti bağlandı. 1990-cı illərdə mülkiyyətçilər dəmir yolunun estakada ilə birlikdə demontaj olunmasını düşünürdülər, lakin yolların 1993-cü ildə Parisdə açılan parka bənzər bir park xiyabanına çevrilməsinə qərar verildi. 2004 və 2005-ci illərdə uzun sürən dinləmələrdən sonra parkın yaradılması üçün 50 milyon dollar ayrılmasına qərar verildi. Bundan əlavə, dəmir yolu bütünlüklə öz statusunu itirdi və ABŞ Federal Yerüstü Nəqliyyat Xidmətinin reyestrindən çıxarıldı

Parkın çıxışları ilə birlikdə sxemi
Parkın çıxışları ilə birlikdə sxemi


  1. "Парк «Хай-Лайн»: У соседа сверху трава зеленее". Strelka Mag. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  2. "Информация о парке" (HTML). www.thehighline.org (ingilis). «Friends of the High Line». June 8, 2011. September 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-20-09.
  3. "Карта Хай-Лайн" (PDF). www.thehighline.org (ingilis). Friends of the High Line. June 27, 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 12, 2014.