23-cü küçə (Manhetten)

23-cü küçə (ing. 23rd Street) — Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir.

23-cü küçə
ing. 23rd Street
Hay Layn parkından Qərbi 23-cü küçənin görüntüsü (2014)
Hay Layn parkından Qərbi 23-cü küçənin görüntüsü
(2014)
Ümumi məlumatlar
Ölkə
Region Nyu-York ştatı
Şəhər Nyu-York
Bölgə Manhetten
Uzunluğu 3,1[1]
Yekun koordinatı 40°44′32″ şm. e. 73°59′28″ q. u.
Poçt indeksi 10011, 10010
Qərb ucu On Birinci prospekt, Çelsi rayonu
Şərq ucu Kips Bey tərəfdə FDR magistralı;/ Piter Kuper Villic
Yaranıb 1811-ci il mart ayı

Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı.[2] Burada Beşinci ProspektÇelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir.

Boronun digər nömrəli küçələri kimi, 23-cü küçə də Beşinci prospekt tərəfdən qərb və şərq hissələrə bölünür. Hər ikisi Fletayron rayonunun bir hissəsi olan Medison meydanından başlayır. Qərbi 23-cü küçə Altıncı prospektdən başlayaraq, Çelsi rayonundan keçir.[3] Küçənin şərq tərəfindən, yəni Leksinqton prospektindən başlayaraq küçə boyunca şimaldan[4] Kips Bey və cənubdan[5] Qramersi[6]Piter Kuper Villic rayonlarının sərhədləri keçir.

1999-cu ildən bəri 23-cü küçənin park ətrafında olan şimal ərazisi NoMad olaraq adlanmağa başlandı.[7][8][9]

Küçə 1811-ci ildə qəbul edilən Manhettenin baş planının həyata keçirilməsi nəticəsində yarandı. Küçənin eni 100 fut (təxminən 30 metr) olacağı təyin edildi.[2] Həmçinin plana görə, 23-cü küçə 34-cü küçə, ÜçüncüYeddinci prospektləri ilə birlikdə tikintinin aparılmadığı 1 km² sahəsi olan ərazi arasında sərhəd rolu oynamalı idi. Həmən ərazidə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.[10] Sonradan, 1847-ci ildə, bu ərazidə 3 hektardan az sahəsi olan Medison meydanı salındı.[11]

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]
Küçənin qərb ucunda yerləşmiş bərə terminalı, 1900-cü il

19-cu əsrin ortalarında küçə geniş nəqliyyat şəbəkəsinin bir hissəsi oldu, hansı ki 30 və 32-ci küçələr arasında yerləşən indiki Hadson Yard rayonunun dəmir yolu vağzalını birləşdirirdi. Buxar qazanının partlaması təhlükəsi üzündən o dövrün parovozlarına 30-cu küçədən aşağı getmək qadağan edilmişdir, buna görə Nyu-York və onun şimalındakı şəhərlər üzrə işləyən qatarlarda sərnişinlər stansiyaya çatıb konka ilə yollarına davam etməli olurdular. Konka dayanacaqları bundan başqa 23-cü, 14-cü, KristoferÇeymbers küçələrində yerləşirdi.[12]

Həmçinin, 1870-ci illərdə Altıncı prospekt boyunca yerüstü dəmir yolu inşa edildi,[13] bu da yerli mağazalara müştərilərin axınını ciddi şəkildə artırdı.[14] 23-cü küçədə stansiyaları olan yerüstü xətlər 1880-ci ildə İkinci[15], 1878-ci ildə Üçüncü[16] və 1867-ci ildə Doqquzuncu prospektləri boyunca da çəkildi.[17] 20-ci əsrin ortalarında paralel olaraq yeraltı metropoliten xətləri qurulduqdan sonra prospektlərin hamısı artıq sökülmüşdür.[18] Hal-hazırda küçədə beş metro stansiyası yerləşir.[19]

1869-cu ildə Hudzon çayının sahilində Pavoniya Ferri şirkətinin bərə terminalı açıldı. Onun bərələri Manhetten ilə üzbəüz yerləşən Cersi-Sitiyə qədər yollanırdılar.[20] XX əsrin əvvəllərində bərə artıq çox köhnəlmişdir,[21] 1942-ci ildə isə terminal söküldü.[22] 1980-ci illərin sonlarında, entuziast Con Krivi (ing. John Krevey) vaqonların daşınması üçün istifadə edilən köhnə barjadan üzən iskələ düzəldəndə Qərbi 23-cü küçənin sahili yenidən canlandı. Buranın adı Pirs 63 oldu. İskələdə restoran açıldı və Krivinin səyləri nəticəsində buraya "Frying Pan" adlı üzən mayak və "John J. Harvey" adlı yanğınsöndürmə gəmisi gətirildi.[23] Hal hazırda hər ikisi ABŞ-nin Tarixi Yerlərin Milli Reyestrinə salınıb.[24][25] 2007-ci ildə barja 26-cı küçədəki Pirs 66-ya köçürüldü.[26]

Tarixi memarlığı

[redaktə | mənbəni redaktə et]

1 yanvar 1825-ci ildə 22 və 23-cü küçələr arasında yerləşən Bluminqdeyl Roudda (hazırda Brodveyin bir hissəsidir) azyaşlı cinayətkarlar üçün Nyu-York həbsxanası açıldı. Ora məhkəmə tərəfindən qeyri-müəyyən müddətə həbs altına salınan 16 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuşdur; oğlanlar 21, qızlar isə 18 yaşlarına çatanadək burada saxlanılırdılar. İlk 10 il ərzində həbsxana cəza yerində 1120 uşaq yerləşdirilmişdir.[27] 1854-cü ildə həbsxana İst-River boğazının akvatoriyasındaki Nyu-Yorkun Randals adasına köçürüldü.[28]

Dördüncü prospekt ilə kəsişmədə yerləşən Milli Dizayn Akademiyasının keçmiş binası, 1894-cü il

Təxminən 1860-cı ilə qədər Nyu-York irlandiyalıları Fayv Poynts rayonundan zənciləri sıxışdırıb çıxartdılar. Sonuncular bütöv Manhetten boyunca yerləşmək məcburiyyətində qaldılar. Beləliklə, cənubdan 23-cü küçə, şimaldan 40-cı küçə və şərqdən Altıncı prospektlə məhdudlaşdırılmış kvartal yarım min zəncinin sığınacağına çevrildi.[29]

Ancaq kasıb əhalinin axını küçənin dəbdəbəli binalarla tikilib abad edilməsi üçün bir maneə yaratmadı. 1845-ci ildə, dövrünün görkəmli memarı Aleksandr Cekson Devisin layihəsi əsasında 23 və 24-cü küçələr ilə və Doqquzuncu və Onuncu prospektlərlə məhdudlaşdırılmış yerdə London Terreys adlı dörd mərtəbəli yaşayış kompleksi ucaldıldı. Tikinti başa çatdıqdan sonra o, dünyanın ən böyük yaşayış kompleksinə çevrildi.[30] 1930-cu ildə London Terreys yenidən tikildi: bu sahədə yekun olaraq 1670 mənzil üçün nəzərdə tutulmuş 16-18 mərtəbəli 14 bina peydə oldu.[31]

1849-cu ildə şəhər referendumunun nəticəsində, Leksinqton prosepkti ilə kəsişmədə qotik üslubunda Nyu-York Şəhər Kollecinin binası inşa edildi. Onun memarı kiçik Ceyms Renvik oldu.[32] 1928-ci ildə o, söküldü.[33]

1857-ci ildə küçənin Beşinci prospektlə kəsişməsində olan hissəsi tacir Eymos Eno tərəfindən alındı. 1859-cu ildə o, bu ərazidə lüks hotel tikdirdi.[34][35] 6 mərtəbə ölçülərində və 800 qonağı qəbul etmək üçün nəzərdə tutulan mehmanxana dünya üzrə ən böyük oldu.[36] Hotel, Respublikaçılar Partiyasının qərargahı olaraq istifadə olunurdu və burada Uliss Qrant[37]Çester Artur[38] kimi prezidentlər otaqlar tutmuşdular. 1860-cı ildə vəliəhd Uels şahzadəsi VII Eduardın mehmanxananı ziyarət etməsi ətraf kvartalın ticarət cazibəsini xeyli artırdı. 14-cü və 23-cü küçələr ilə Altıncı prospekt və Brodvey arasındakı yerə tezliklə Xanımlar milyası adı qoyuldu.[39] 1908-ci ildə hotel uçuruldu və onun yerini Beynəlxalq Oyuncaq Mərkəzi tutdu.[40]

1910-cu ilə aid poçt kartoçkası. Arxa planda "Stern Brothers"in anbar binası və "Flatiron Building"in yan fasadı görünür.

Küçədə tikilən başqa bir diqqətəlayiq hotel 1884-cü ildə yaranan Çelsi hotelidir.[41]

1863-cü ildə küçənin Dördüncü prospektlə kəsişməsində Milli Dizayn Akademiyasının binası ortaya çıxdı. Onun memarı Çikaqolu Piter Bonnett Vayt oldu. Tikili Venesiyadaki Dojlar sarayına oxşar olaraq inşa edildi.[42][43] O, heç yarım əsr yerində qalmadı ki, 20-ci əsrin əvvəllərində bu ərazidə Metlayf Tauer göydələni inşa edildi.[44]

1878-ci ildə Beşinci və Altıncı prospektlər arasında, "Stern Brothers" adlı böyük pərakəndə satıcı şirkətinin o vaxt üçün inanılmaz ölçülərdə anbarı tikildi.[45] Memar Henri Fernbaxın layihəsi əsasında həyata keçirilmiş bina 7 mərtəbə və 200 fut (təxminən 60 metr) eninə sahib idi. Anbar Nyu-Yorkun ən böyük çuqun evlərindən biri oldu.[46]

Bir çox yeni hotelin yaranması və müharibədən sonrakı dövr fahişəliyin geniş yayılmasına səbəb oldu. 1876-cı ilə qədər 23 və 57-ci küçələr və Beşinci və Yeddinci prospektlərlə məhdudlaşdırılmış rayonda o qədər fahişəxana peydə oldu ki, əhali yerli polis kapitanı Aleksandr Uilyamsdan ibrət götürərək buranı eyş-işrət kvartalı adlandırdı.[47]

Küçənin Brodveyə yaxın olması, 19-cu əsrin sonlarında bir çox teatrın meydana gəlməsinə əhəmiyyətli dərəcədə təsir etdi. 1868-ci ildə Səkkizinci prospektlə kəsişmədə bir neçə milyon dollara Qrand Opera Haus tikildi. 1938-ci ildə RKO Pictures kinokompaniyası onu kinoteatra çevirdi, 1960-cı ildə isə o, Penn Saut yaşayış kompleksinin inşası proqramı çərçivəsində tamamilə söküldü. 1869-cu ildə Altıncı prospekt ilə kəsişmədə But Teatrı açıldı. Onun işləri o qədər də yaxşı getmədi və artıq 1881-ci ildə anbar halına gətirilərək, inşaat maya dəyərinin yarısına satıldı.[48] 1888-ci ildə Yeddinci və Səkkizinci prospektlər arasında impresario Frederik Proktor öz teatrını açdı. Onun tamaşalarında elektrik işıqlandırmafonoqraf kimi o dövrlərin yenilikləri istifadə olunurdu. 1907-ci ildə teatr kinoteatr kimi yenidən təchiz edilmiş, əlavə 30 ildən sonra isə yanğında dağıldı. Həmçinin, XIX əsrin ikinci yarısında Brayantın Menestrelləri truppası özünün Opera Haus adlı teatrında menestrel şou təqdim etmişdir.[49][50][51]

17 oktyabr 1966-cı il tarixində, Şərqi 22-ci küçədəki 7 saylı binanın zirzəmisində yanğın baş verdi. Hadisə yerinə gələn yanğınsöndürənlər ocağa Şərqi 23-cü küçəsində yerləşən 6 saylı binadan çatmağa çalışdılar. Bir anda sonuncunun taxtapuşu çökərək 12 yanğınsöndürənin üzərinə töküldü. Hadisə, 11 sentyabr 2001-ci il hadisələrinə qədər itki sayına görə Nyu-York yanğınsöndürənləri arasında ən böyük olay olaraq qalırdı.[52] Hazırda bu ərazidə Medison Qrin adlı 31 mərtəbəli yaşayış binası yerləşir.[53]

17 sentyabr 2016-cı il tarixində Altıncı prospektlə kəsişmənin yaxınlığındakı Qərbi 23-cü küçədə partlayış baş verdi və tezbişirən bombasının 23-cü küçənin AltıncıYeddinci prospektləri tərəfində partlaması nəticəində 31 nəfər[54] yaralandı.[55][56][57] 28 yaşlı Əfqanistan əsilli Nyu-Cersi sakini Əhməd Xan Rəhimi terror hücumu törətməkdə şübhəli bilinərək nəzarət altına alındı.[58][59][60]

23-cü küçənin dominantalarından biri 1902-ci ildə inşa edilmiş dünyaca məşhur 22 mərtəbəli Flatiron Building göydələnidir. O, 22-ci və 23-cü küçələri ilə Brodvey və Beşinci prospektinin kəsişmələrindən əmələ gələn kiçik sahədə yerləşir. "23 skidu" (sözbəsöz olaraq "23-cü, qaç" kimi tərcümə olunur) ifadəsi Fletayron və 23-cü küçə ilə bağlıdır. Göydələnin yerləşdiyi formasına görə onun yaxınlığında nəzərə çarpan küləklər əsir. Versiyalardan birinə görə, qadınların yellənən ətəklərinə baxan avaraları dağıdan polislər arasında bu ifadə geniş yayılmışdır.[61][62]

Qərbi 23-cü küçə

[redaktə | mənbəni redaktə et]
2001-ci ildə Çelsi hoteli

Qərbi 23-cü küçənin Çelsidən keçən hissəsində bir çox sənət qalereyası[63] və bir neçə teatr[50] yerləşir. Onuncu prospektdən bir qədər aralıda, küçəni keçmiş estakada dəmir yolunun yerində salınan Hay Layn parkı kəsir.

Diqqətəlayiq tikililər:

Vest Sayd Hayvey ilə 23-cü küçənin qərb sonluğu arasında Çelsi Uotersayd parkı yerləşir.[70] Onun sahəsi 1 hektara bərabərdir. Parkda it gəzintisi üçün nəzərdə tutulmuş meydança, uşaq və basketbol meydançaları var.[71]

Şərqi 23-cü küçə

[redaktə | mənbəni redaktə et]

Küçənin şərq hissəsinin dominantalarından biri 1909-cu ildə Beşinci prospektlə kəsişmədə inşa edilmiş 213 metrlik Metlayf Tauerdir. 1913-cü ildə Vulvort bildinqin inşasına qədər o, dörd il ərzində dünyada insanın inşa etdiyi ən yüksək tikili olaraq qalırdı.[72] Küçədəki başqa bir göydələn, 188 metrlik Uan Medison, 2013-cü ildə inşa edildi. Mediamaqnat Rupert Mördok oranın 4 mərtəbəsini 57 milyon dollara almışdır.[73]

Birinci prospekt ilə kəsişmədə 423 ünvanında Vəteranlar üzrə İşlər Nazirliyi yanında sağlamlaşdırma mərkəzinin böyük kampusu yerləşir. Orada üçüncü dərəcəli bir profilaktika proqramı tətbiq olunur və orada cərrahi, kardioloji, urolojipsixiatriya şöbələri olmaqla müxtəlif tədqiqatlar aparılır.[74]

Küçənin şərq ucundakı FDR magistralı ilə kəsişmənin yaxınlığında başqa sağlamlaşdırma mərkəzi Asser Levi ictimai hamamları yerləşir. 20-ci əsrin əvvəllərində inşa edilən hamamlar şəhərin ilk yəhudi köçkünlərindən birinin adını daşıyır.[75][76] 1980-ci ildə hamamlar Tarixi Yerlər Milli Reyestrinə əlavə olundu.[77]

2002-ci ildə, köhnə sement zavodu və maşın dayanacağı yerində İst-River boyunca 18 və 23-cü küçələr arasında sahəsi 8.000 m² olan Stayvesant Kouv parkı salındı.[78]

Küçənin şərq ucunun qarşı tərəfində hidroaerport var, buradan digər yerli hidroaerportlara reyslər baş tutur.[79]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Küçənin digər tarixi rolu şəhər modasının mərkəzlərindən biri olmasıdır.[80] Bu da öz növbəsində yerli pərakəndə satışın spesifik xüsusiyyətlərində əks olundu, belə ki komisyon tipli də daxil olmaqla bir çox geyim mağazası indilərdə də burada yerləşir.[81][82] "Best Buy" və "The Home Depot" küçədə mağazaları olan iri ticarət şəbəkələri arasındadılar.[83] 23-cü küçədəki ictimai iaşə müəssisələri daha çox ofis işçiləri üçün yönəldilmiş və keyterinq xidmətləri göstərir. Küçə restoranların milli mətbəxləri tay, italyan, ispanfransız təamlarını təklif edir.[84]

Küçə nüfuzlu rayonları əhatə edir ki, bu da burada yerləşən daşınmaz əmlakın dəyərinə ciddi şəkildə təsir göstərir. 2017-ci ilin mart ayında Park və Leksinqton prospektləri arasında yerləşən və 230 m² sahəyə malik ofis binasının icarə haqqı illik 240.000$ başa gəlirdi,[85] Qramersidə 93 metrlik bir mənzilin dəyəri 1.000.000$ təşkil edirdi.[86] 2015-ci ilin iyul ayında çoxmənzilli evdə dörd yataq otağı olan talvar 6.440.000$ satılırdı.[87]

İctimai nəqliyyat

[redaktə | mənbəni redaktə et]
M23 marşrutunun avtobusu

Nyu-York metropoliteninin 23-cü küçədən keçən hər bir xəttinin burada yerli stansiyası yerləşir:[19]

Altıncı prospekt ilə kəsişmədə Manhetten, Cersi-SitiHobokeni birləşdirən PATH nəqliyyat sisteminin eyniadlı stansiyası yerləşir.[88]

Əvvələr IRT-ya mənsub köhnə yerüstü xətlərin hamısının 23-cü küçədə stansiyaları var idi, hansının ki çoxusu yerli stansiyalardan ibarət idi:

MTA New York City Transit şirkətinə məxsus M23 avtobus marşrutu 23-cü küçə boyunca keçir.[91][92] 2003-cü ildə "Straphangers Campaign" şirkəti, M23-ü saatda ortalama 3.7 mil/saat (6.0 km/saat) sürətlə getdiyinə görə "Pokey Award" mükafatçısı kimi şəhərin ən yavaş gedən nəqliyyat vasitəsi kimi siyahıya aldı.[93][94] 2016-cı ildə xidməti sürətləndirmək üçün eksklüziv avtobus zolaqları və məhdudiyyətsiz avtobusa minmə kimi sürətli avtobus rabitəsi komponentləri ilə "Select Bus Service" marşrutuna çevrildi.[95]

Küçənin Medison prospektinə aid olan hissəsi böyük avtobus mübadilə mərkəzidir. BxM3, BxM4, BxM6, BxM7, BxM8, BxM9, BxM10 və BxM11 və həmçinin bəzi X27 və X28 marşrutlarının son dayanacaqları burada yerləşir.[96][97] Əlavə olaraq, BM1, BM2, BM3, BM4, X27, X37, X28, X38, BxM18, SIM1C, SIM3C, SIM4C, SIM33C, SIM10, SIM3, SIM31, QM21, X63, X64 və X68 marşrutları buradan keçirlər.[96][97][98][99]

  1. Google. 23-cü küçə (Manhetten) (Xəritə) // Google Maps. Google. August 31, 2015. İstifadə tarixi: August 31, 2015.
  2. 1 2 Morris G., De Witt S., Rutherford J. "Remarks Of The Commissioners For Laying Out Streets And Roads In The City Of New York, Under The Act Of April 3, 1807" (ingilis). Cornell University Library. 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  3. The Encyclopedia of New York City, 2010. səh. 234, Chelsea(i)
  4. White N., Willensky E., Leadon F. Kips Bay // AIA Guide to New York City (5). Oxford University Press. 2010. 255. ISBN 0199758646.
  5. The Encyclopedia of New York City, 2010. səh. 991, Peter Cooper Village
  6. The Encyclopedia of New York City, 2010. səh. 541, Gramercy Park
  7. Louie, Elaine. "The Trendy Discover NoMad Land, And Move In". The New York Times. August 5, 1999. ISSN 0362-4331. June 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2010.
  8. Feirstein, Sanna (2001). Naming New York: Manhattan Places & How They Got Their Names Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. New York: New York University Press. p. 103. ISBN 978-0-8147-2712-6.
  9. Sternbergh, Adam. "Soho. Nolita. Dumbo. NoMad? Branding the last unnamed neighborhood in Manhattan". New York. April 11, 2010. March 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2010.
  10. Burrows, Wallace, 2000. səh. 421
  11. Burrows, Wallace, 2000. səh. 715
  12. Burrows, Wallace, 2000. səh. 655
  13. Diamonstein-Spielvogel, 2011. səh. 250
  14. Burrows, Wallace, 2000. səh. 1145
  15. 1 2 "More Elevated Facilities.; The Second-Avenue Line And City Hall Branch Opened" (ingilis). The New York Times. 1880-03-02. 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  16. 1 2 "Rapid Transit On The Bowery.; Opening Of The East Side Elevated Railroad To-Day Time-Table And Fares" (ingilis). The New York Times. 1880-03-02. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  17. "Remnants Of The Ninth Avenue El" (ingilis). Forgotten NY. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  18. Katz R. "Last Train Rumbles On Third Ave. 'El'" (ingilis). The New York Times. 1955-05-13. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  19. 1 2 "New York City Subway" (PDF) (ingilis). MTA. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-05.
  20. Baxter R. J., Adams A. G. Railroad Ferries of the Hudson: And Stories of a Deckhand. Fordham University Press Series. Fordham Univ Press. 1999. 91. ISBN 0823219542.
  21. "Pavonia Ferry Service". The New York Times. 1903-01-20. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  22. Adams A. G. The Hudson Through the Years. Fordham Univ Press. 1996. 307. ISBN 0823216772.
  23. A Maritime History of New York. Going Coastal, Inc. 2004. 288. ISBN 0972980318.
  24. "Asset Detail: John J. Harvey (fireboat)" (ingilis). nps.gov. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  25. "Asset Detail: Frying Pan Shoals Lightship No. 115 (lightship)" (ingilis). nps.gov. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  26. Amateau A. John Krevey, 62; Activist enlivened the waterfront Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine : [ing.] // The Villager. — 2011. — Vol. 80, № 37 (10 February).
  27. Burrows, Wallace, 2000. səh. 501-502
  28. "Our City Charities.; The New-York House of Refuge for Juvenile Delinquents" (ingilis). The New York Times. 1860-01-23. 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  29. Burrows, Wallace, 2000. səh. 854
  30. Gray C. "Streetscapes: London Terrace; Time Erodes Unity of a 1,665-Unit City Within a Cit" (ingilis). The New York Times. 1988-10-30. 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  31. The Encyclopedia of New York City, 2010. səh. 763, London Terrace
  32. Burrows, Wallace, 2000. səh. 781
  33. "The City College of New York: The North Campus" (PDF) (ingilis). CUNY. 2017-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-26.
  34. Alexiou, 2010. səh. 26-29
  35. Burrows, Wallace, 2000. səh. 672
  36. The Encyclopedia of New York City, 2010. səh. 442, Fifth Avenue Hotel
  37. Sprague S. Lure of the city: New York's great hotels in the golden age, 1873-1907. Conspectus of history. 1977: Ball State University. 74.
  38. Zachary K. Chester Alan Arthur: The American Presidents Series: The 21st President, 1881-1885. The American Presidents. Macmillan. Arthur M. Schlesinger, Jr. 2004. 35. ISBN 9781466834620.
  39. 1 2 Diamonstein-Spielvogel, 2011. səh. 695-696
  40. Pollak M. "They Hear Dead People" (ingilis). The New York Times. 2004-12-12. 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  41. The Encyclopedia of New York City, 2010. səh. 235, Chelsea Hotel
  42. Davis J. Real Estate and Artistic Identity in Turn‐of‐the‐Century New York // American Art . 20 (ingilis). № 2. 2006. doi:10.1086/507500.
  43. The Encyclopedia of New York City, 2010. səh. 880, National Academy of Design
  44. Moudry R. The American Skyscraper: Cultural Histories. Cambridge University Press. 2005. 124. ISBN 0521624215.
  45. 1 2 Burrows, Wallace, 2000. səh. 945
  46. Bedoire F., Tanner R. The Jewish Contribution to Modern Architecture, 1830-1930. KTAV Publishing House, Inc. 2004. 423. ISBN 0881258083.
  47. Burrows, Wallace, 2000. səh. 959
  48. "Booth's Theater Sold" (ingilis). The New York Times. 1881-12-23. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
  49. "The Dead Minstrel" (ingilis). The New York Times. 1875-04-12. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
  50. 1 2 Geberer R. "When 23rd Street Was Broadway" (ingilis). New York Press. 2016-03-02. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
  51. Federal Writers' Project. New York City Guide: A Comprehensive Guide to the Five Boroughs of the Metropolis: Manhattan, Brooklyn, the Bronx, Queens, and Richmond. N. Y.: Random House. 1939. 153–154.
  52. O'Donnell M. "Oct. 17, 1966, When 12 Firemen Died" (ingilis). The New York Times. 2006-10-17. 2016-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  53. Alexiou, (2010). səh. 268-269
  54. Mele C., Baker A., Barbaro M. "Powerful Blast Injures at Least 29 in Manhattan; Second Device Found" (ingilis). The New York Times. 2016-09-17. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  55. Zauderer, Alyssa; Mannarino, Dan. "Surveillance videos from Chelsea gym show terrifying moment bomb detonates". WPIX-TV. September 18, 2016. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2016.
  56. Workman, Karen; Rosenberg, Eli; Mele, Christopher. "Chelsea Explosion: What We Know and Don't Know". The New York Times. September 18, 2016. ISSN 0362-4331. September 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2016.
  57. Bump, Philip; Berman, Mark; Wang, Amy B.; Zapotosky, Matt. "Explosion that injured 29 in New York 'obviously an act of terrorism,' governor says". The Washington Post. September 18, 2016. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2016.
  58. Workman K., Rosenberg E., Mele C. "Chelsea Bombing: What We Know and Don't Know" (ingilis). The New York Times. 2016-09-18. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  59. Sandoval, Edgar; Marcius, Chelsia Rose; Rayman, Graham. "Cops arrest New Jersey resident Ahmad Khan Rahami, wanted for NYC and N.J. bombings, after he shoots police officer". New York Daily News. September 19, 2016. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2016.
  60. "Bombing Suspect Ahmad Khan Rahami Captured in Linden, Charged With 5 Counts Attempted Murder". WABC-TV. September 19, 2016. September 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2016.
  61. Andrew S. Dolkart. "The Architecture and Development of New York City" (PDF) (ingilis). The Architecture and Development of New York City. 2016-06-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-12.
  62. Alexiou, 2010. səh. 149-150
  63. "Chelsea, 23-24th Street Art Galleries" (ingilis). newartcity.com. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  64. Young G., Meyers T. The Bowery Boys: Adventures in Old New York: An Unconventional Exploration of Manhattan's Historic Neighborhoods, Secret Spots and Colorful Characters. Ulysses Press. 2016. 230. ISBN 9781612435763.
  65. Levitt E. Walking Manhattan: 30 Strolls Exploring Cultural Treasures, Entertainment Centers, and Historical Sites in the Heart of New York City. Wilderness Press. 2015. 115. ISBN 9780899977638.
  66. Dunlap D. W. "A French Church Nears Its End, but Not Without a Contretemps" (ingilis). The New York Times. 2012-04-05. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  67. Dunlap D. W. From Abyssinian to Zion: A Guide to Manhattan's Houses of Worship. Columbia University Press. 2012. 64. ISBN 9780231500722.
  68. Ourousoff N. "Nostalgia Wrapped In Steel" (ingilis). The New York Times. 2011-04-25. 2017-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  69. Washburn A. The Nature of Urban Design: A New York Perspective on Resilience. Island Press. 2013. 151. ISBN 161091516X.
  70. "Chelsea Waterside Park" (ingilis). New York City Department of Parks & Recreation. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  71. "Chelsea Waterside Park" (ingilis). nycgo.com. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  72. Gray C. "Streetscapes/Metropolitan Life at 1 Madison Avenue;For a Brief Moment, the Tallest Building in the World" (ingilis). The New York Times. 1996-05-26. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  73. Carmiel O., Lee E. "Murdoch Buys 4 Floors of NYC Condo Tower for $57 Million" (ingilis). Bloomberg. 2014-02-14. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  74. "Manhattan Campus of the VA NY Harbor Healthcare System" (ingilis). U.S. Department of Veterans Affairs. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  75. Dolkart A. Public Baths // Guide to New York City Landmarks. N. Y.: John Wiley & Sons. Matthew A. Postal, New York Landmarks Preservation Commission. 2008. 88. ISBN 0470289635.
  76. Burrows, Wallace, 2000. səh. 60
  77. "Asset Detail: Public Baths" (ingilis). nps.gov. 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  78. Lynn R., Morrone F. Guide to New York City Urban Landscapes. W. W. Norton & Company. 2013. 65–67. ISBN 9780393733570.
  79. Schneider D. B. "F.Y.I." (ingilis). The New York Times. 2001-05-20. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  80. "The Top Shopping Streets & Neighborhoods" (ingilis). Frommer's. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  81. Not For Tourists Guide to New York City 2014. Not For Tourists. Skyhorse Publishing, Inc. 2013. 65. ISBN 9781628735840.
  82. Musto M. "23rd Street Has Become Thrift Shop Row" (ingilis). The Village Voice. 2016-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  83. Gershman S. Suzy Gershman's Born to Shop New York: The Ultimate Guide for Travelers Who Love to Shop. Born To Shop. 14 (11). John Wiley & Sons. 111, 264. ISBN 9780470056790.
  84. Shockey L. "Our 10 Best Things to Eat on 23rd Street" (ingilis). The Village Voice. 2011-11-11. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  85. Radomsky R. R. "Recent Commercial Real Estate Transactions" (ingilis). The New York Times. 2017-03-14. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  86. Walker A. "Gramercy open houses to check out this weekend" (ingilis). Curbed NY. 2017-03-24. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  87. Kussin Z. "The luxury real estate boom taking over Midtown South" (ingilis). New York Post. 2015-07-15. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  88. "23rd Street Station" (ingilis). PANYNJ. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  89. "NEW-YORK.; AFFAIRS AT THE SEATS CAPITAL. The Metropolitan Transit Company--Christian-like Act--The Cretans--Prospects. NEW-YORK LEGISLATURE. ASSEMBLY" (PDF). The New York Times (ingilis). February 13, 1867. ISSN 0362-4331. İstifadə tarixi: August 3, 2017.
  90. Walsh, Kevin. "REMNANTS OF THE NINTH AVENUE EL". Forgotten New York. December 1999. July 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 30, 2017.
  91. "Manhattan Bus Map" Arxivləşdirilib 2020-10-27 at the Wayback Machine (PDF). Metropolitan Transportation Authority. July 2019. Retrieved December 1, 2020.
  92. MTA Regional Bus Operations. "M23 bus schedule" Arxivləşdirilib 2020-09-13 at the Wayback Machine (PDF)
  93. Chan, Sewell. "And the Award for Slowest City Bus Goes to ..." City Room. August 9, 2016. July 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2016.
  94. "Straphangers Campaign". NYPIRG Straphangers Campaign. November 12, 2003. March 5, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 22, 2016.
  95. "Effective November 6, 2016 M23 Select Bus Service". web.mta.info. Metropolitan Transportation Authority. October 2016. July 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2016.
  96. 1 2 "Bronx Bus Service" Arxivləşdirilib 2020-07-31 at the Wayback Machine (PDF). Metropolitan Transportation Authority. October 2018. Retrieved December 1, 2020.
  97. 1 2 "Brooklyn Bus Service" Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine (PDF). Metropolitan Transportation Authority. October 2018. Retrieved December 1, 2020.
  98. "Staten Island Bus Map" Arxivləşdirilib 2020-03-26 at the Wayback Machine (PDF). Metropolitan Transportation Authority. October 2018. Retrieved December 1, 2020.
  99. "Queens Bus Service" Arxivləşdirilib 2020-10-19 at the Wayback Machine (PDF). Metropolitan Transportation Authority. October 2018. Retrieved December 1, 2020.
  • Alexiou A. S.. The Flatiron: The New York Landmark and the Incomparable City That Arose with It. Macmillan. 2010. ISBN 1429923873.
  • Burrows E. G., Wallace M. Gotham:A History of New York City to 1898. The History of NYC Series. N. Y.: Oxford University Press. 2000. ISBN 978-0-19-514049-1.
  • Diamonstein-Spielvogel B. The Landmarks of New York, Fifth Edition: An Illustrated Record of the City's Historic Buildings. Excelsior Editions. SUNY Press. 2011. ISBN 1438437714.
  • The Encyclopedia of New York City (2). Yale University Press. Jackson K. T., Keller L., Flood N. 2010. ISBN 0300182570.