Haynan

Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, DançjoySyonhay şəhərləridir.

Haynan adası
çin. 海南,
Ümumi məlumatlar
Sahəsi 33920 km²
Uzunluğu
  • 156 km
Eni 170 km
Hündür nöqtəsi 1840 m
Əhalisi 8.671.518 nəfər (2010-cu il)
Yerləşməsi
19°06′24″ şm. e. 109°34′03″ ş. u.
Ölkə  ÇXR
Haynan adası xəritədə
Haynan adası
Haynan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir.

Adanın fiziki xəritəsi

Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir. Bu səbəbdən bu adanı "Şərqi Havay" adlandırırlar. Adanın sahəsi 33 920 km² təşkil edir. Haynan bütünlüklə Cənubi Çin dənizinin suları ilə yuyulur.

Adanın ən məşhur coğrafi obyekt Ма Аn vulkanıdır. Vulkan Hanoydan 15 km aralıda yerləşir. Krateri geniş olan vulkanın ətəkləri boyunca tropik meşələrlə örtülmüşdür.

Mərkəzi və cənub hisəlırdə nisbətə quru meşələrlə örtülmüşdür. Adada yayılmış canlıların çoxu endemikdir. Bir çox fauna və flora növləri UNESKO-nun siyahısına daxil edilmişdir. Əsasən kakos palması, kauçuk, ançar ağacı adanın (ağacdan alınan şirə həşarat dişləmələrinə qarşı istifadə edilir) gəlir mənbəyidir. Adanın fauna və florası əsasən botanik bağlarda qorunur. Çay və kofe dağ yamaclarında, adanın mərkəz rayonlarında əkilir.

Adanın cənubunda il boyu fəaliyyət göstərən Sanya kurort şəhərçiyi yerləşir. Sanyanın ətrafında üç körfəzin sahilində (Sanya körfəzi, Əjdaha körfəzi və Böyük Şərqi dəniz körfəzi) adada yerləşən otellərin böyük əksəriyyəti yerləşir.

Haynan Çində ölçüsünə görə Tayvandan (rəsmən Çinin ərazisi deyil) sonra ikinci böyük adasıdır. İqlimi subekvatorialdır. Orta illk temperaturu +24°S təşkil edir. Sahillərində suyunun temperaturu isə +26°S olur. İlin 300 günündən çoxu günəşli olur.

Saat qurşağı — UTC+8.

Xan idarəçiliyi dönəmində ada Çinin mərkəzləşdirilmiş dövlətinə tabe ediıir. Çinlilərin adada əsas yerləşim yerləri adanın şimalında yerləşirdi. Bu vəziyyət Tan sülaləsinin dönəmində dəyişir.

Ada öz adını monqol Yoan sülaləsi dönəmində verilir. 1370-ci ildə ada Quandunun tərkibinə daxil edilir. Haynanın Çinlilər tərəfindən kolonizasiyalaşdırılmasl XVIXVII əsrlər dönəmində baş vermişdir. Materikdən gələnlər tuzemliləri adanın cənubuna sıxışdırırlar. 1906-cı ildə Sun Yatsenin təklifi ilə adada özünü idarə sistemi yaradılır. Den Syaopin adada ölkənin ən iri Azad iqtisadi zonasını yaradır.

Xan — 7 139 531 nəfər. (84 %), Li — 1 370 346 nəfər. (14,7 %), Myao — 71 718 nəf. (0,7 %), Hueyszu — 36 382 nəf.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Əyalət səviyəsi Uezd səviyəsi
Azərbaycanca adı Çinçə adı
Şəhər əyaləti Hanoy
海口市
Hǎikǒu Shì
Rayon Lunxua 龙华区 Lónghuá Qū
Rayon Syouin 秀英区 Xiùyīng Qū
Rayon Syonşan 琼山区 Qióngshān Qū
Rayon Meylan 美兰区 Měilán Qū
Şəhər əyaləti Sanya şəhəri
三亚市
Sānyà Shì
Uezd səviyəsində yaşayış məntəqəsi yoxdur. Vilayət 2 komiteti və 6 qəsəbəyə bölünür.
Yaşayış məntəqəsi
uezd səviyəsi
Şəhər uezdi Vençan 文昌市 Wénchāng Shì
Şəhər uezdi Syonxay 琼海市 Qiónghǎi Shì
Şəhər uezdi Vannin 万宁市 Wànníng Shì
Şəhər uezdi Uçjişan 五指山市 Wǔzhǐshān Shì
Şəhər uezdi Dunfan 东方市 Dōngfāng Shì
Şəhər uezdi Dançjoy 儋州市 Dānzhōu Shì
Uezd Linqao 临高县 Língāo Xiàn
Uezd Çenmay 澄迈县 Chéngmài Xiàn
Uezd Dinan 定安县 Dìng'ān Xiàn
Uezd Tunçxan 屯昌县 Túnchāng Xiàn
Çanszyan-Lis muxtar uezdi 昌江黎族自治县 Chāngjiāng Lízú Zìzhìxiàn
Bayşa-Lis muxtar uezdi 白沙黎族自治县 Báishā Lízú Zìzhìxiàn
Şyonçjun-Li-Myaosin muxtar uezdi 琼中黎族苗族自治县 Qióngzhōng Lízú Miáozú Zìzhìxiàn
Lnşuy-Lis muxtar uezdi 陵水黎族自治县 Língshuǐ Lízú Zìzhìxiàn
Baotin-Li-Myaosin muxtar uezdi 保亭黎族苗族自治县 Bǎotíng Lízú Miáozú Zìzhìxiàn
Ledun-Lis muxtar uezdi 乐东黎族自治县 Lèdōng Lízú Zìzhìxiàn
Ümumi yaşayış məntəqələri
Sanşa (Parasel adaları, Spratli adalarıMak-Klesfild adaları)
海南省西沙群岛、南沙群岛、中沙群岛办事处
Hǎinánshěn Xīshā Qúndǎo, Nánshā Qúndǎo, Zhōngshā Qúndǎo Bànshìchù

Adada Manqo, Banan, Çay, KakosKofe plantasiyaları vardır. Sənayenin böyük üismi adanın şimalında Hanoy şəhəri və ətrafında cəmləşmişdir. Turizm sahəsi Sanya şəhərində cəmləşmışdir. 2014-cü ildə Vençan kosmodromunun tikintisi başa catmışdır. Bu isə Çinin kosmik proqramına əsasən yaradılmışdır.

Dunşan dağında iri daşların kompleksi vardır. Bu daşların hərəsinin öz forması və kataloqda öz nömrəsi vardır. Vençan şəhəri ətrafında nəhəng kakos plantasiyası yerləşir. Yalunvan buxtası rayonund Tropik dəniz canlıları muzeyi və Kəpənək bağı yerləşir.

Buddizm mərkəzi "Nanşansi"

Sanya şəhərindən 40 km aralıda "Nanşan" ("Cənub Dağı") dağlarında, 50 km² sahəsi olan Nanşan turizm zonası vardır. Bura 1999-cu ildə açılıb. Buddizmə aid abidələr burada toplanmışdır. Məbədlərin birində Quan İn ilahəsinin 140 kq-lıq qızıl heykəli vardır. Bu abidə Asiyanın ən böyük qızıl heykəli olaraq Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2005-ci ildə Quan İn ilahəsinin 108 metrlik heykəli qurulmuşdur.

Haykoy şəhərində XVI əsrdə yaşamış inadcıl fermer Hay Juyanın şərəfinə heykəl kompleksi qurulmuşdur.

Adada hərbi yeraltı tunellər kompleksi vardır. Bu kompleksin hazırda yerləşməsi və adı hərbi sirr olaraq gizlədilir[1].

  1. "Yeraltı hərbi baza "Haynan"". 2010-03-04 tarixində arxivləşdirilib.