Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır.
Heç yerdə | |
---|---|
ing. Nowhere | |
Janr | qorxu filmi, triller, dram filmi |
Rejissor | Alberto Pino |
Prodüser | Migel Ruz |
Ssenari müəllifi |
|
Baş rolda |
|
Studiya | Rock & Ruz |
Distribütor | Netflix |
İlk baxış tarixi | 29 sentyabr 2023[2] |
Müddət | 109 dəqiqə[1] |
Ölkə | |
Dil | ispan dili |
Rəng | rəngli |
IMDb | ID15789472 |
İndiana Listanın hekayəsi əsasında[4][5] çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır.[6] Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur.[7] Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir.[8]
Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır.[9] Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.[9] Bununla da bu film, 2023-cü ilin ən çox baxılan qeyri-ingilis dilli filmi olmuşdur.[10]