Hedysarum alhagi

Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü.

Adi dəvətikanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir. Kiçik Asiya ölkələri, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda Samur-Dəvəçi, Xəzəryanı və Kür-Araz ovalıqları, Abşeron, Kür düzənliyi, Qobustan, Böyük Qafqazın Quba massivində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m hündürlükdə) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, yarım-səhra və dağ-bozqır bitkilik tiplərində rast gəlir. Əsasən quru yamaclarda, qumsallıqlarda, əkinlərdə, yol kənarlarında və baxımsız (zibillik) olan yerlərdə seyrək şəkildə bitir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Steroid, aşı maddələri, kumarin, flavonoid, efir yağları, C, K, B2 vitaminləri, karotin, alkaloid, antosian və üzvü turşularla zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Adi dəvətikanı eksperimental və xalq təbabətində tətbiq edilir. Azərbaycanın orta əsrlər təbabətində də istifadə olunmuşdur. Əsasən babasil, dəri, qaraciyər, mədə və onikibarmaq bağırsaq xoralarında, angina, irinli otit, dizenteriya və qadın xəstəliklərinə qarşı, irinli yara və xoralarda istifadə olunur. İşlədici, ödqovucu, diuretik, tərlədici, büzüşdürücü, yarasağaldıcı, iltihab prosesləri və öskürəyə qarşı, hemostatik, fitonsid, antivirus və bakterisid təsiriə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və yarpaqları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Çay, cövhər, dəmləmə, və yerli vannalar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Yeməlidir, tərəvəz kimi istifadə olunur. Çiçəklərindən hazırlanan çay susuzluğu yatırır və tərləməni azaldır. Bal verən və yem bitkisidir.