Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Heidi Klum(alm. Heidi Klum; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası.
Heidi Klum | |
---|---|
alm. Heidi Klum | |
Doğum tarixi | 1 iyun 1973[1][2] (51 yaş) |
Uşağı | 4 |
Partnyorları |
|
Fəaliyyəti | model[d], televiziya aparıcısı, sahibkar, kino aktrisası, dəb dizayneri, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 2001-ci ildən |
heidiklum.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü. Ona məşhurluğu 1998-ci ildə "Sports İllustrated" jurnalının üz qabığında çimərlik geyimi ilə çəkdirdiyi şəkil gətirdi. Bundan sonra o məşhur jurnallar olan "Vogue" və "Elle"nin üz qabıqlarında tez-tez çəkilməyə başladı. Əlavə olaraq Klum Victoria's Secret brendinin siması oldu.
Super model iki dəfə ailə qurub. Birinci həyat yoldaşı bərbər olub. Onlar yalnız 1997–2001-ci illər ərzində bir yerdə olublar. Boşandıqdan sonra Haidi "Fomula 1"-in meneceri, milyonçu Flavi Britore ilə tanış olur. Ondan Haidinin bir qızı var və ikinci həyat yoldaşı Sil onu rəsmi olaraq öz qızı kimi qeydiyyatdan keçirib.
Klum və Sil 2005-ci ildə ailə qurub və onlar 4 uşaq tərbiyə edirlər. Sonradan məlum oldu ki, Klum boşanmaq üçün ərizə verib, lakin müğənni indi də nişan üzüyünü barmağından çıxarmır və hələ də həyat yoldaşını sevdiyini söyləyir.
Klum 2005-ci ildən şirniyyat ixrac edən "Kadjet" şirkətinin Fasd food restoranlar şəbəkəsi zəncirinin reklamlarında iştirak edir. Bundan başqa, "Stifelkönig", "Birkenstoc" ayaqqabı firmasının, "Taft" saça qulluq vasitələri seriyası, SPAR supermarketlər şəbəkəsi, "Douglas" şirkətinin reklamlarında, 2007-ci ilin payızında yoldaşı Sil ilə birlikdə Volkswagen Tiguan reklamında çəkilib.
Klumun şöhrəti ilə şirkətlər öz mallarını uğurla satırlar. Nyu-Yorkun "Mouawad" zərgərlik mərkəzi Klumla birlikdə "Very-Sexy Fantasy Bra" brilyant kolleksiyası seriyasını işləyib hazırladı və bu kolleksiya Victoria's Secret sərgisində nümayiş olundu.
2004-cü ilin dekabrında Klumun ilk kitabı "Klum's Body of Knowledge" nəşr olundu. 2005-ci ildə ilk dəfə olaraq çiçək növü Klumun adını daşıdı — "Heidi Klum Rose".
2009-cu ildə "Vogue" jurnalı öz iyun buraxılışını bütünlüklə Heidi Kluma həsr etdi.
2008-ci ilə Heidi Klumun adı Amerikanın maliyyə və iqtisadiyyat jurnalı olan "Forbest"in 15 ən varlı top-modeli siyahısında yer aldı. 2012-ci ildə onun adı artıq bu jurnalda yox idi. Çünki o artıq top-model kimi fəaliyyət göstərmirdi, belə ki, efir nəhənglərindən sayılırdı. 2011-ci ildən onun adı ən hökmlü qadınlar siyahısında 39-cu yerdədir.