Məryəm Maasikas

Məryəm Veniaminovna Maasikas (est. Mirjam Maasikas; 10 oktyabr 1916[1]28 sentyabr 1992) — Estoniya və Sovet şüşə rəssamıqravüraçısı. O, karyerasının böyük hissəsini Estoniyadakı Tarbeklaas şüşə zavodunda çalışaraq keçirib.

Məryəm Maasikas
est. Mirjam Maasikas
Doğum tarixi 10 oktyabr 1916(1916-10-10)[1]
Doğum yeri Tartu, Livoniya quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 sentyabr 1992(1992-09-28) (75 yaşında)
Vəfat yeri Tallin, Estoniya
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
 Estoniya
Fəaliyyəti incəsənət xadimi, dizayner, qravüraçı, glass artist
Təhsili Estoniya Rəssamlıq Akademiyası
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı

Məryəm Maasikas 1916-cı ildə Livoniya quberniyasının Tartu şəhərində Benyamin Moses Kofkinin ailəsində anadan olub. İlk təhsilini Tartuda alıb. Böyük Vətən müharibəsinin başlanması ilə könüllü olaraq müharibəyə gedib.

İkinci Dünya müharibəsi illərində Məryəm Maasikas 249 saylı Estoniya Piyada Atıcı Diviziyasının 917-ci Piyada Alayında tibb təlimatçısı kimi xidmət edib.[2] 22 mart 1945-ci ildə “düşmənin ağır atəşi altında döyüş meydanından 15 yaralını çıxardığına və onlara ilkin tibbi yardım göstərdiyinə” görə Maasikas "Döyüş xidmətlərinə görə" medalı[3] və Birinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunub.[4]

Məryəm Maasikas 1955-ci ildə Tallində Estoniya SSR Dövlət İncəsənət İnstitutunu bitirib. İnstitutda o, professor Maks Roosmanın rəhbərliyi altında bədii şüşə emalı fakültəsində təhsil alıb.[5] İnstitutu bitirdikdən sonra tələbə yoldaşı İnqi Vaher ilə birlikdə Tarbeklaas şüşə zavoduna oymaçı kimi göndərilib. Çünki zavodda rəssamlar üçün ştat nəzərdə tutulmamışdı. Zavod bədii zövqlü şüşə məmulatları hazırladığından onun yüksək ixtisaslı qravüraçılara ciddi ehtiyacı var idi. Çünki adi ustalar yox, yalnız onlar mürəkkəb tapşırıqların öhdəsindən gələ bilirdi.[6][7] Məryəm Maasikas 1960-1983-cü illərdə bu zavodda çalışıb. O, Tarbeklaas şüşə zavodunda əvvəl rəssam sonra baş rəssam kimi işləyib.[8]

Mirjam Maasikas 1992-ci ildə vəfat edib. O, Tallindəki Rahumae qəbiristanlığında dəfn edilib.[9]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Tarbeklaas şüşə zavodunda baş rəssam Helqa Kırqenin rəhbərliyi ilə Məryəm Maasikas və İnqi Vaher vahid komanda yaratdılar. Onlar Tarbeklaas zavodunun məhsulları üçün fərdi, tanınan bir üslub hazırlayıblar.[6] Tədqiqatçıların fikrincə, bu, həm də Estoniyada müasir bədii şüşə istehsalının inkişafı üçün təkan rolunu oynayıb.[7] Sənətşünaslıq doktoru Dina Malova İkinci Dünya müharibəsindən sonra Eston şüşə istehsalı sahəsinə rəssamların kütləvi gəlməsinin bu sahəyə bədii zövq gətirdiyini bildirir: "1950-ci illərin ortalarında vəziyyət dəyişməyə başladı... zavoda gənc rəssamlar - Helqa Kırke, Məryəm Maasikas, İnqi Vaher və Voldemar Soyver gəldi. Onların məhsulları daha zövqlü etmək istəyi 1960-cı illərin əvvəllərində, məhsulların əksəriyyətinin öz eskizlərindən yaradıldığı zaman bəhrəsini verdi".[10]

Məryəm Maasikasın dizayn verdiyi nümunələr əsasən hisə verilmiş şüşədən hazırlanıb. Onlar sadəlik və formaların dəqiq mütənasibliyi, lakonik dekorasiya və praktikliyi ilə fərqlənirlər. Onun Tarbeklaas zavodunda çalışdığı zaman düzəltdiyi ən məşhur əsərləri arasında "Atland böyük qabı", "Salat qabı" dəsti və 1972-ci ildən 1984-cü ilə qədər Tarbeklaasda istehsal edilmiş çox məşhur "İnna" dəsti var.[8]

Məryəm Maasikasın əsərləri Estoniya Tətbiqi İncəsənət və Dizayn Muzeyinin kolleksiyasında saxlanılır.

1977-ci ildə Estoniya SSR Dövlət İncəsənət Muzeyində Mirjam Maasikasın fərdi sərgisi keçirilib. Burada sərgilənən əsərlərin əksəriyyəti rəssamın sərbəst yaradıcılıq nümunələri idi. Bu sərgi əsasında kitab nəşr olunub.[8][11][12]

2016-cı ildə Estoniya Tətbiqi Sənət Muzeyində Tarbeklaas şüşə zavodunun məhsullarından ibarət “Yerli gözəllik. Tarbeklaas" sərgisi keçirilib. Bu sərgidə zavodun bütün rəssamlarının əsərləri, o cümlədən Mirjam Maasikasın əsərləri nümayiş olunub. Sərgi əsasında geniş oxucu kütləsi üçün məişət qabları və bədii şüşə məmulatların mənşəyi və müəllifləri haqqında məlumat əldə etməyə imkan verən kataloq kitabı nəşr edilib.[13]

  1. 1 2 Mirjam Maasikas // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. "Архивное фото EFA.317.0.61765". www.ra.ee (eston). Государственный архив Эстонии. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  3. "Ковкина Мирьям Вениаминовна 1918г.р." Подвиг народа 1941-1945 (rus). 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  4. 1418museum.ru. "Маасикас|Кавкина Мирьям|Мирям Беньяминовна|Беняминовна". Музейный комплекс "Дорога Памяти" (rus). 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  5. "1992 In memoriam Mirjam Maasikas". Eesti Klaasikunstnike Ühendus | Estonian Glass Artists’ Union (eston). 05.11.1992. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  6. 1 2 "Ingi Vaheri loomingu näitus Olustvere klaasikoja näitusesaalis". Sirp. Eesti kultuurileht (eston). 05.06.2015. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  7. 1 2 Maie-Ann Raun. Glass by Helga Kõrge : tarbeklaasi peakunstniku Helga Kõrge klaastooted aastaist 1953-1991. Tallinn. 2020. ISBN 978-9916-4-0209-2, 9916-4-0209-4.
  8. 1 2 3 Kohalik ilu : Tarbeklaas = Local beauty : Glass factory Tarbeklaas (Teine trükk). [Tallinn]. 2016. ISBN 978-9949-9338-9-1, 9949-9338-9-7.
  9. "Tallinn Rahumäe kalmistu, J, J III, 12-1, 3-местный участок". Kalmistute register (rus). 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  10. Дина Малова. Эстонское стекло: мастерская XVII века на Хийумаа, фабрика Лорупа, Tarbeklaas и Järvakandi Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine Wonderuum, 01/04/2022
  11. "Mirjam Maasika klaasikunst: kataloog". DIGAR. Digital Archive of Estonia (eston). 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  12. "Mirjam Maasika klaasikunst". DIGAR. Digital Archive of Estonia (eston). 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  13. "Näitus "Kohalik ilu. Tarbeklaas"". www.kultuur.info (eston). 2016. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  • «Mirjam Maasika klaasikunst». Сост. М. Тоом (est. M. Toom). Таллин, 1977
  • «Kohalik ilu: Tarbeklaas | Local beauty: Glass factory Tarbeklaas». Сост. К. Лобьякас, К. Паап (est. K. Lobjakas, K. Paap). Таллин, 2016.