Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi.
Henri Ceyms | |
---|---|
ing. Henry James | |
Doğum tarixi | 15 aprel 1843[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 1916[1][2][…] (73 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Təhsili | |
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, dramaturq, şair-vəkil[d], ədəbiyyat tənqidçisi, redaktor, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | fransız dili, ingilis dili |
İstiqamət | ədəbi realizm |
Üzvlüyü |
|
Mükafatları | |
Henri Ceyms Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir.
Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur.
Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir. Ceyms 1911, 1912 və 1916-cı illərdə Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd kimi göstərilmişdir.
Henri Ceyms 15 aprel 1843-cü ildə Nyu-York şəhərində anadan olmuşdur. Onun valideynləri Meri Ualş və Henri Ceyms Sr. olmuşdur. Atası olduqca savadlı, tərəddüdsüz şəkildə cana yaxın, məruzəçi və filosof idi. Onun atası Albaniyada bank sahibi və investor idi və ona müəyyən miqdarda pul miras qoymuşdu. Anası Meri isə Nyu-Yorkda yaşayan zəngin bir ailədən gəlirdi, bacısı Katerin uzun müddət onlarla birlikdə yaşamışdı. Henrinin üç qardaşı var idi, ondan bir yaş böyük olan Uilyam və kiçik qardaşları Vilkinson və Robertson. Onun həmçinin Alis adında kiçik bir bacısı da var idi.
Gənc ailə əvvəlcə Albaniyada yaşamış, daha sonra isə hələ Ceyms kiçik oğlan olarkən Nyu-York şəhərində Ondördüncü Küçəyə köçmüşdür. Onun təhsili atası tərəfindən onu elmi və fəlsəfi təsirlərə yönəltmək üçün qarşılanmışdı və çox geniş əhatəli olmuşdur. Ceyms Latın və Yunan klasiklərində olan adi təhsili almamışdır. 1855–1860-cı illər ərzində Ceyms ailəsi ilə birlikdə atasının bəzi iş maraglarına görə London,Paris, Cenevrə, Boulunge-sur-Mer və Nyuport, Rod Aylendə səyahət etdilər daha sonra isə ehtiyat hissələri aşağı olduğuna görə Amerika Birləşmiş Ştatlarına geri qayıtdılar. Ailəsi səyahət etdiyi müddətdə Henri əsasən repetitorlardan təhsil almış və çox qısa müddətlik başqa-başqa məktəblərdə oxumuşdur. Ailənin ən uzun müddət qaldığı yer Fransa olmuşdur, Henri buraya alışmağa başlamış və fransızcanı səlis şəkildə öyrənmişdir.
1860-cı ildə ailə Nyuporta qayıtdı. Orada Henri rəssam Con La Farge ilə taniş olmuş və o, Henrini fransız ədəbiyyatı, xüsusilə Balzakla tanış etmişdir. Ceyms sonralar Balzakı özünün ən böyük müəllimi olaraq adlandırmışdır və bəddi sənətkarlığı hər kəsdən çox ondan öyrəndiyini demişdir.
1861-ci ilin payızında Henri yanğınla mübarizə apararkən arxasından yara almışdır. Bu yaralanma həyatının müxtəlif dövrlərində yenidən ortaya çıxmış və onu ABŞ-da Vətəndaş Müharibəsində hərbi xidmət üçün yararsız etmişdir.
1864-cü ildə Ceyms ailəsi Harvard Lourens Elmi İnstitutunda və daha sonra isə tibb fakültəsində ilk sıralarda siyahıya alınan Uilyam üçün Boston, Massaçusetse köçdü. 1862-ci ildə Henri Harvard Hüquq Elmləri İnstitutuna getmişdir, lakin daha sonra hüquqla maraqlanmadığını dərk etmişdir. O, öz marağını ədəbiyyata yönəltmiş və Boston və Kembricdə Uilyam Dean Houels və Çarles Elit Norton ilə birlikdə Oliver Uendel Holmes, JR. ilə ömür boyu davam edən dostluq qurmuşdur.
Onun ilk çap olunmuş işi "Miss Maggie Mitchell in Fanchon the Cricket" tamaşasına olan tənqidi xülasə 1863-cü ildə çap olunmuşdur. Təxminən bir il sonra, ilk qısa hekayə kitabı (A Tragedy of Error) çap edilmişdir. Ceymsin ilk qazancı NAR ədəbi jurnalı üçün Ser Valter Skottun romanlarının dəyərləndirilməsinə görə olan məqaləsi olmuşdur. 1870-ci ildə o ilk romanını çap etmişdir.
1869–1870-ci illər ərzində Avropaya etdiyi səyahət sırasında o Ruskin, Dikkens, Methyu Arnold, Uilyam Morris və Corc Eliot ilə tanış oldu. Roma ona çox dərindən təsir etdi. O, qardaşı Vilyama "Mən burada Əbədi Şəhərdəyəm" deyə yazmışdır. "Sonunda ilk dəfədir ki, mən yaşayıram". O, özünü Parisdə azad bir yazıçı kimi dəstəkləməyə cəhd etdi və daha sonra Nyu-York Tribunasinda redaktor Con Heyin təsiri ilə Paris müxbiri kimi vəzifə qazandı, lakin onun bütün bu cəhdləri uğursuz alindıqdan sonra o, Nyu-York şəhərinə qayıtdı. 1874–1875-ci illər ərzində o Transatlantic Sketches, A Passionate Pilgrim və Roderick Hudson kitablarını çap etdi. Karyerasının ilk illərində o Hausordan təsirlənmişdir.
1869-cu ildə o Londonda məskənləşmişdir. O, orada ona yazdıqları üçün vaxtaşırı ödəmə edən Makmillan və başqa naşirlərlə münasibət qurmuşdur və onun yazdıqları sonradan kitab formasında çap edilmişdir. Bu seriya şəklində çap edilən romanların əsas oxucuları orta sinfin qadınları idi və Ceyms redaktorların və naşirlərin tərəfindən gənc qadınların oxuması üçün uyğun görülən strukturlar içərisində ciddi ədəbi əsərlər yaratmaq üçün mübarizə aparırdı. O, kirayə otaqlarda yaşayırdı, lakin daha sonra centlmenlər klubuna qoşula bildi, hansı ki orada kitabxanalr var idi və o, orada çoxlu kişi dostlar qazana bildi. O, ingilis cəmiyyətinə Henri Adams və Çarles Milnes Qaskell tərəfindən tanıtdırıldı, sonralar isə özünü başqa klublara tanıtdı.
1875-ci ilin payızında o, Parisin Latın Məhəlləsinə köçdü. Amerikaya etdiyi iki səyahət istisna olmaqla, o, ömrünün növbəti üç onilliyini-həyatının qalanını Avropada keçirdi. Parisdə o, Zola, Alfons Dode, Mopassan, Turgenev və başqaları ilə tanış oldu. O, Parisdə Londona köçməzdən əvvəl yalnız bir il qaldı.
İngiltərədə o, siyasət və mədəniyyətin öndə gedən xadimləri ilə tanış oldu. O, çox verimli yazıçı olmağa davam etdi və Amerikalılar (1877), Avropalılar (1878), Zaman və Məhbusluq (1878), Fransız Şairlər və Romanistlər (1878), Hausorn (1879) və bir neçə qısa bəddi əsərlər çap etdi. 1878-ci ildə "Deyzi Miller" əsəri ona Atlantikanın hər iki tərəfində məşhurluq qazandırdı. Bu əsər Avropanın sosial əxlaq qaydalarından kənara çıxan bir qadını təsvir etdiyinə görə diqqəti olduqca çox çəkdi. O, həçinin 1881-ci ildə özünün ilk şah əsəri olan, Bir Qadın Portreti əsərinə başladı.
1877-ci ildə o, ilk dəfə Venlok Abbatlığını, Henri Adams sayəsində tanış olduğu dostu Çarles Milnes Qaskellin evini ziyarət etdi. O, ətrafı kəndlə əhatələnmiş və olduqca romantik olan Abbatliqdan çox təsirlənmişdir və bu onun Abbatliqlar və Qalalar oçerkində öz əksini tapmışdır. Xüsusilə, Ürək Burğusu əsərində təsvir etdiyi gölü Abbatlığın arxasındakı tutqun monastra aid olan hovuzdan təsirlənib yazdığını demişdir.
Londonda yaşayarkən Ceyms "Fransız realistlərinin", xüsusilə də Emili Zolanın sənətini izləməyə davam etdi. Onların üslubi metodları onun sonrakı illərdə yaratdığı əsərlərinə çox təsir etdi. Bu dövrlərdə Hausornun ondakı təsiri tədricən azaldı və Corc Eliot və İvan Turgenev ilə əvəzləndi. 1879–1882-ci illər Avropalılar, Vaşinqton Meydanı, İnam və Bir Qadının Portreti əsərlərinin çapını gördü. 1882–1883-cü illərdə o, Amerikaya ziyarət etdi, daha sonra isə Londona qayıtdı.
1881-ci ildən 1883-cü ilədək keçən dövrdə o, bir sıra itkilərlə üzləşdi. 1881-ci ildə onun anası vəfat etdi, bir neçə ay sonra atası və daha sonra isə digər qardaşı Vilkinson vəfat etdi. 1882-ci ildə köhnə ailə dostu Emerson vəfat etdi. 1883-cü ildə isə dostu Turgenev vəfat etdi.
1884-cü ildə Ceyms Parisə daha bir səfər etdi. Orada o yenidən Zola, Daudet və Conkourt ilə görüşdü. O, Fransız realistləri və naturalistlərinin sənətlərini izləmişdi və onlardan olduqca çox təsirlənmişdi. 1886-cı ildə o, Bostonlular və Şahzadə Kasamassimanıçap etdirdi, onların hər ikisinə böyük səylə araşdırdığı fransız yazıçılarının təsiri olmuşdur. Həmin vaxtlarda tənqidi reaksiyalar və satışlar az idi. O, Houvele kitablarının ondan gözlənilən tələblərə və arzulara cavab vermədiyi üçün onu incitdiyini yazdı. Bu dövr ərzində o Robert Luis, Stevenson, Con Singer Sargent, Edmund Gosse, Corc du Maurier, Paul Bourget və Konstans Fenimor Vulson ilə dost oldu. Onun 1880-ci illərdən üçüncü romanı Qorxulu Fikir olmuşdur. Baxmayaraq ki, 80-ci illərdəki romanarında o, Zolanın nəsihətlərini izləyirdi, onların üslubu və mövqeyi Alfons Daudetin bədii əsərlərinə daha yaxın idi. Bu dövrdə olan tənqidi və maliyyə çatışmazlıqları onu teatr üçün yazmağa vadar etdi.
Qay Domvilin uğursuzluğundan sornra Ceyms ümidsizlik və ölüm fikirlərindən əziyyət çəkirdi. Dramatik əsərlərə sərf etdiyi iki il tamamilə uğursuz deyildi. Yaradıcılığının son mərhələsinə gələrkən o dramatik texnikaları roman formasına salmağı tapdı. 80-ci illərin sonunda və 90-cı illərdə Ceyms Avropaya bir neçə səyahət etdi.
O, 1887-ci ildə uzun müddət İtaliyada vaxt keçirdi. Həmin ildə "Aspern Məqalələri" və "Reflektor" çap edildi. 1897–1898-ci illərdə o, Rye, Sasseksə getdi və "Ürək burğusu" əsərini yazdı. 1899–1900-cü illərdə daha iki əsəri çap edildi.
1902–1904-cü illər ərzində o, Səfirlər, Göyərçin Qanadları və Qızıl Piyalə əsərlərini yazdı.1905-ci ildə o, yenidən Amerikaya ziyarət etdi və Balzak haqqında elmi mühazirə oxudu. 1906–1910-cu illərdə o Amerikan Səhnəsini çap etdirdi və "Nyu-York Nəşrlərini" , əsərlərininin 24 cildlik kolleksiyasını redakte etdi. 1910-cu ildə onun balaca qardaşı Vilyam vəfat etdi. 1913-cü ildə o Balaca Oğlan və Başqaları və Oğul və Qardaşın Qeydləri avtobioqrafiyalarını yazdı. 1914-cü il Birinci Dünya Müharibəsinin alovlandığı dövrdə o, müraribə əsərləri yazmağa başladı. 1915-ci ildə o, İngiltərə vətəndaşı oldu. 1916-cı ildə Şərəf Ordeni ilə mükafatlandırıldı. O, 1916-cı il 28 Fevralda, Çelsi, Londonda vəfat etdi. Onun külü Kembricdə Massaçusets qəbiristanlığında basdırıldı.
Ceyms ona gələn evlilik təkliflərini rədd etmiş və Londonda məskənləşdikdən sonra özünü "subay" deye elan etmişdir. F. V. Dupee, Ceyms ailəsi haqqında olan bir neçə məqaləsində belə bir fikir bildirmişdir ki, o, öz qohumu Meri (Minni) Templi sevib, lakin bir sıra səbəblərdən o, bunu etiraf edə bilməyib. Dupee Ceymsin Balaca Oğlan və Başqaları memuarından istifadə etmişdir.
Dupee əsasən Ceymsin böyük qardaşı Uilyam haqqında olan memuarından və Persi Lubbok tərəfindən redaktə edilmiş məhdud sayda olan və daha çox Ceymsin son illərinə aid olan məktublar kolleksiyasından istifadə etmişdir. Buna görə də onun mülahizələri Ceymsin böyük qardaşının ölümündən sonra onda yaranan xəstəlikdən bilavasitə uzaqlaşdı, lakin sonralar elm xadimləri və maarifçilər üçün istifadə olunan materiallar çoxalmış, müasirlərin gündəlikləri və Ceyms tərəfindən gənc kişilərə yazılmış yüzlərlə mehriban və bəzən də erotik olan məktublar tapılmışdır.
Ceymsin vətənini tərk etmək üçün heykəltaraş Hendrik Kristian Andersenə yazdığı məktublar diqqəti daha çox çəkir. Ceyms 1899-cu ildə 56 yaşında olarkən Romada 27 yaşlı Andersenlə tanış olmuş və o Andersenə olduqca emosional bir məktub yazmışdır. Bu məktubda gənc oğlana qarşı olan gizli sevgisindən danışmışdır. Bundan əlavə onun bir çox yaxın kişi dostlarının arasından gənc qey kişilərə yazdığı məktublar da diqqəti çəkir. Onun basketbolçu Valter Berriyə yazdığı məktublar jurnalda çap edilmişdir və onların arasındakı gizli sevgini açıq şəkildə göstərmişdir.
Ceyms trans-Atlantik ədəbiyyatının əsas nümayəndələrindən biridir. Onun əsərləri feodal sivilizasiyasının gözəlliyini təcəssüm edən Köhnə Dünya (Avropa) ilə insanların utanmaz, açıq olduğu korrupsiyanın çox olduğu və azadlığın təcəssüm edildiyi Yeni Dünya (Amerika) ilə qarşı-qarşıya qoyulmuşdur. Onun qəhrəmanları tez-tez zorakılıq və təhqirlərə məruz qalan gənc Amerikalı qadınlar idi və onun katibəsi Teodor Bosankit öz "İşdə Henri Ceyms" adlı monoqrafiyasında bu barədə öz fikirlərini yazmışdır.
Tənqidçilər Ceymsin nəsrinin inkişafının üç pilləsini təsvir etmişdirlər : "Ceyms 1, Ceyms 2 və Yaşlı İddiaçı". O, qısa hekayələr və pyeslər yazmışdır. Nəhayət, yaradıcılığının üçüncü dövründə uzun və bir neçə cilddə yazılan romanlara geri qayıtdı. O, ikinci dövrdən başlayan, lakin üçüncü dövrdə daha çox hiss olunan şəkildə mürəkkəb təsviri bədiilikdən qaçmışdır.
Əsərlərində əsas sürətlərin şüuruna intensiv şəkildə fokuslanması, Ceymsin sonrakı əsərlərinin 20-ci əsr bədii yaradıcılığının inkişafında olduqca güclü əhəmiyyətə malik olduğundan xəbər verir. Əslində, o, bu axımın əsas nümayəndələrindən olan yazıçıların əsərlərindən təsirlənmişdir, buna misal olaraq Virciniya Vulfu göstərmək olar ki, o yalnızca onun əsərlərini oxumamış, həmçinin onlar haqqında məqalələr də yazmışdır. Həm müasirləri, həm də modern yazıçılar bu üslubu çətin və mənasız görürdülər, onun böyük pərəstişkarlarından olan dostu, Edis Varton Ceymsin əsərlərində anlaşılmaz keçidlər olduğunu deyirdi. Son dövrdəki üslubu isə Maks Berbohmun əsərlərinin parodiyası idi.
Ceyms orta sinifdən olduğu üçün cəmiyyətin bütün sahələrində uğur qazanmaq üçün çox çalışmışdır, onun əsərlərində işçi sinfindən aristokratlara qədər olan mühit təsvir edilir və o, tez-tez orta sinif amerikalıların Avropa paytaxtlarında özlərinə bir yol seçmələri üçün göstərdikləri cəhdləri təsvir edir. O, ən yaxşı hekayə ideyalarının həftəsonları nahar stolunda və ya kənd evlərində danışılan qeybətlərdən götürdüyünü etiraf etmişdir. O, yaşayışını təmin etmək üçün çalışmış və məktəb, universitet seçmək, hərbi xidmətdə olmaq və kişi cəmiyyətinin adi bağlarından məhrum olmuşdur. Bundan əlavə, onun maraqları Viktoriya dövrünün Anqlo-Amerikan mədəniyyətinə uyğun idi. Edmund Vilson onun qərərsizliyini Şekspirinki ilə müqayisə edirdi.
Ceymsin yaradıcılığının ilk periodunun adətən Bir Qadının Portreti əsəri ilə ən yüksək zirvəyə çatdığı hesab edilir, əsər Avropa və Amerika arasındakı fərqlər qarşılaşdırılmışdır.
Bir Qadının Portretində (1881) Ceyms yaradıcılığının ilk mərhələsini ən məşhur böyük həcmli bədii əsərlə tamamlamış oldu. Bu, cəsarətli gənc Amerikalı qadın, İzabel Arçerin hekayəsidir, hansı ki o, öz taleyinə sinə gərmişdir. Ona külli miqdarda pul miras qalır və nəticədə iki Amerikalı mühacir tərəfindən hazırlanmış planın qurbanı olur. Hekayə əsasən Avropada, xüsusilə də İngiltərə və İtaliyada baş verir. Ümumiyyətlə yazıçının şah əsəri hesab edilən Bir Qadının Portreti yazıçının öz obrazlarının düşüncə tərzini araşdırmasına görə psixoloji roman hesab edilir və demək olar ki avropalılar və amerikalılar, köhnə dünyalılar və yeni dünyalılar arasındakı fərqləri araşdırdığına görə həm də sosial elmi əsər də hesab edilə bilər.
Yaradıcılıının ikinci dövrü Bir Qadının Portretinin çap olunmasından ondoqquzuncu əsrin sonlarına qədər uzanan bir dövr idi. Bu dövr üçün onun nisbətən az məşhur romanları, 1885–1886-cı illərdə dövri şəkildə Atlantik jurnalında çap edilən Şahzadə Kasamassima və həmin periodda dövri şəkildə Əsrin Maqazini jurnalında çap edilən Bostonlular səciyyəvidir. Bu dövr həmçinin Ceymsin məşhur novellası Ürək Burğusunu da özündə ehtiva edir
Ceymsin yaradıcılığının üçüncü dövrü 20-ci əsrin əvvələrində çap edilən üç romanla özünün ən yüksək nöqtəsinə çatdı: Göyərçin Qanadları (1902), Səfirlər (1903), Qızıl Piyalə (1904). Tənqidçi F. O. Matthiessen bu "trilogiyanı" Ceymsin yaradıcılığının ən vacib mərhələsi adlandırmışdır və bu romanların üzərində intensiv tənqidi araşdırmalar aparıldı. Bu kitablardan ikinci yazılan, lakin ilk çap olunan Göyərcin Qadanları (1902) idi. Bu roman Milli Teale adında amerikalı bir varisin ağır bir xəstəliyə tutulmasından və onun ətrafındakı insanlara olan təsirindən danısır. Bu insanların bəziləri yalnızca özlərini düşünərkən bəziləri Milliyə kömək edir, onun tərəfini tutur. Ceyms özünün avtobioqrafik kitablarında bildirmişdir ki, Milly çox erkən yaşda vərəmdən ölən sevimli qohumu Minni Templin əsasında yaranmışdır.
Onun ən sevdiyi janr novellalar olmuşdur, lakin o, bir sıra qısa hekayələr də yazmışdır. Aşağıda adları çəkilən əsərlər onun qısa ədəbi əsərlərinin əsas nümunələridir.
Ceyms 1869 və 1871-ci illərdə bir pərdəli romanların yazılması və məşhur novellası Deyzi Millerin 1882-ci ildə səhnələşdirilməsi ilə başlayaraq yaradıcılığının müxtəlif dövrlərində pyeslər də yazmışdır. 1890-cı ildən 1892-ci ilədək ona miras qalan pul vəsaiti sayəsində o, əsərlərinin jurnallarda çap olunmasından azad olmuş və artıq pyeslərinin London səhnələrinə daşınmasına müvəffəq olmuşdur. Onun yazdığı altı pyesdən yalnızca biri-Amerikalılar romanı səhnəyə qoyulmuşdur. Bu əsər bir neçə il ərzində dəfələrlə səhnələşdirilmiş və Londonun fərqli yerlərində turlar təşkil edilərək göstərilmişdir, lakin Ceyms bu işiylə çox pul qazana bilməmişdir. Onun bu dövrdə yazdığı digər əsərləri səhnəyə qoyulmamışdır.
1893-cü ildə, o, aktyor-menecer Corc Aleksanderdan St. Ceyms Teatrının açılması üçün pyeslər yazması təklifini almış və böyük həcmli dram, Qay Domvilli yazmışdır, bu əsər Aleksander tərəfindən səhnəyə qoyulmuşdur. 1895-ci il 5 Yanvar, açılış gecəsi olduqca səsli-küylü izdiham var idi, lakin son pərdədən sonra təşəkkür etmək üçün səhnəyə çıxan Ceymsin səsinin fısıltılı çıxması onu ruhdan salmışdı. Tamaşa olduqca yaxşı rəylər aldı və Oskar Uayldın "The Importance of Being Earnest" əsərinin səhnəyə qoyulmasınadək dörd həftə ərzində göstərildi, Alaksander düşündü ki, bu əsər növbəti fəsil üçün daha uğurlu ola bilər.
Bu cəhdlərinin uğursuzluqlarından sonra Ceyms artıq teatrlar üçün yazmamaq qərarına gəldi, lakin bir neçə həftə içərisində o Ellen Terri üçün yazmağa başladı. Ceyms səhnə üçün yazmağı qəbul etdikdə, onun yazdığı ilk əsər birpərdəli "Summersoft" oldu və daha sonra bunu qısa hekayə şəklində və "Covering End" adında yenidən yazdı, son olaraq isə onu uzun pyes formasında "The High Bid" adı ilə genişləndirdi və bu əsər 1907-ci ildə Londonda uzun müddət göstərildi. O, üç pyes yazdı, onlardan ikisi səhəyə qoyulmuşdu, lakin 1910-cu il 6 May VII Eduardın ölümü dövründə bütün London yasa batdı və teatrlar bağlandı. Səhhətində yaranan problemlər və teartr işlərinin yaratdığı stress səbəbindən Ceyms yenidən teatrla bağlı heç bir iş görmədi və öz pyeslərini yenidən işləyib uğurlu romanlar formasına saldı. 1911-ci ildə çap edilən "The Outcry" Amerika Birləşmiş Ştatlarında ən çox satılan roman oldu.
Leon Edel özünün psixoloji analitik bioqrafiyasında Ceymsin Qay Domvillin açılışı günü ağır travma yaşadığını və bu hadisənin onu çox dərin depresiyaya saldığını bildirmişdir. Edele görə yazdığı uğurlu romanlar onu bütün qorxulardan qurtarmışdır, lakin başqa bioqraflar və maarifçilər bu fikirlə razılaşmamışdır, onlardan biri də F. O. Matthiesen idi.