Henri Edvard Lamson (12 yanvar 1841[1][2][…], Çarlston, Cənubi Karolina – 9 may 1919[3], Ellenville[d], Nyu-York ştatı) — Amerikalı rəssam.
Henri Edvard Lamson | |
---|---|
ing. Edward Lamson Henry | |
Doğum tarixi | 12 yanvar 1841[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 1919[3] (78 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam |
Janr | janr rəssamlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Henri 1841-ci il mayın 9 -da Cənubi Karolina ştatının Çarlston şəhərində anadan olub. Onun 7 yaşı olarkən valideynləri vəfat edib. Və o qohumlarının yanına Nyu Yorka köçüb. Henri Filadelfiyadakı Pensilvaniya Gözəl Sənətlər Akademiyasında rəssamlıq təhsili alıb.[4] 1860-cı ildə o, Parisə gedib və burda bir çox məşhur rəssamlarla tanış olub təhsil alıb.[5] 1862-ci ildə o, Birləşmiş Ştatlara geri qayıdıb. Amerika Vətəndaş Müharibəsində gəmidə məmur kimi fəaliyyət göstərib. Müharibə bitdikdən sonra müharibəyə aid bir çox rəsm əsərləri çəkib. 1869-cu ildə Henri Nyu-Yorkun Milli Dizayn Akademiyasına üzv olaraq seçilib.[6] O, 1919-cu il mayın 9-da Nyu-Yorkun Ellenvil şəhərindəki evində vəfat edib.[7]
Henri Nyu York Tarix Cəmiyyətinin üzvü olub.[8] 1884-cü ildə Henri həyat yoldaşı Frensis ilə Şavanqunk dağlarında yerləşən Kraqsmur şəhərinə köçüblər və burada rəssamların koloniyasının yaradılmasına kömək ediblər.[9] Henri çəkdiyi rəsm əsərlərində, vətəndaş müharibəsini, Amerikadakı baş verən hadisələri, sənayeləşməni eyni zamanda urbanizasiya və immiqrasiya hadisələrini təsvir edib.[10][11]
Henri yaşadığı müddətdə əsərləri və özü tanınıb məşhur olub. Uilyam T. Oedel onun və Edvard Lamsonun Amerikada 19-cu əsrin son rübündə baş verən hadisələri ardıcıl təsvir etdiyini yazıb.[12]