Henri Fernbax (ing. Henry Fernbach; 1829 – 1883) ― Nyu-York şəhərinin memarı. Almaniyanın Breslau şəhərində doğulan Henri 1848[1] və ya 1855-ci ildə[2] ABŞ-yə immiqrasiya etmişdir.
Henri Fernbax | |
---|---|
ing. Henry Fernbach | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1829 |
Vəfat tarixi | 1883 |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Fernbax Prussiya yəhudisi olmuşdur[2] və Berlin şəhərində yerləşən Memarlıq Akademiyasında təhsil almışdır.[3] Əsasən Neomavritan memarlıq üslubunda[2] olan sinaqoq dizaynları və çuqun fasadları ilə tanınır. 1867-1883-cü illər arasında Fernbax müasir Soho rayonunda yerləşən iyirmidən çox binanın dizaynını hazırlamışdır.[4]
O, Birləşmiş Amerika Memarlar Birliyinin xəzinədarı olaraq çalışmışdır.[1]