Hepatiarius longissimus

Hepatiarius longissimus (lat. Hepatiarius longissimus) — yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.

Hepatiarius longissimus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hepatiarius longissimus
Beynəlxalq elmi adı
  • Hepatiarius longissimus

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədəni dartılmış və yastıdır. Bədənin ön tərəfi sormaclar arasında enlidir və güclü əzələ sistemi ilə təchiz edilmişdir. Parazitin uzunluğu 13–16, eni isə 0.8–1 mm-dir. Ağız sormacı 0,156 – 0,180x0,204 – 0,288 mm-dir. Farinksin uzunluğu 0.180 – 0.210 mm, eni isə 0,132 – 0,204 mm. Prefarinks yoxdur. Qida borusu 0,3 – 0.42 mm uzunluqdadır. Geridə qarın sormacı 0,21 – 0,27x0,258 – 0,36 mm diametrindədir. Bağırsaq şaxələri bədənin arxa hissəsinə qədər çatır. Toxumluqlar şaxəlidir. Ön toxumluq 5 şaxəlidir 0,48 – 0,788 mm, eni isə 0,6 – 0,9 mm enindədir. Arxa 5 şaxəli toxumluğun uzunluğu 0.56 – 0.84x0.552 −0.948 mm. çatır. Çoxşaxəli yumurtalıq salxım şəkillidir 0.36 – 0,39×0.6 mm diametrdə toxumluqdan öndə yerləşir. Mellisanın cisimciyi yumurtalıqdan öndə yerləşir. Bədənin uzunluğunun ¾ hissəsində sarılıqlar lateral yerləşmişdir. Onların arxa sərhədləri yumurtalığa qədər çatır. Cinsi boşluq bilavasitə qarın sormacından öndə yerləşir. Yumurtalıqların ölçüsü 0,024 – 0,027x0,09 – 0,015 mm-dir. [1]

Azsaylı-kosmopolit növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Alectoris kakelik və Perdix perdix) qara ciyərdə yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Hermofradit orqanizmdir. Hermafrodit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. Mühafizəsinə ehtiyac yoxdur.[2]

Dünyada: 2, Qafqazda: 2, Azərbaycanda: 2 növlə təmsil olunmuşdur. Dünyada Rusiya, Avropa, Çində, Azərbaycanda isə Şirvan-Muğan düzü, Lənkəran rayonu ərazisində yayılmışdır.

  1. Доклады АН Аз ССР, Т. XVII, № 7, Баку, 1961, стр. 635–640
  2. Доклады АН Аз ССР, Т. XVII, № 7, Баку, 1961, стр. 635–640