Hepatiarius sudarikovi (lat. Hepatiarius sudarikovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Hepatiarius sudarikovi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hepatiarius sudarikovi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Spiral formasında silindrik bədənə malikdir. Bədənin ön hissəsi sormaclar arasında yastı və enlidir, nəinki bədənin qalan hissəsi. Bədənin bu hissəsi güclü yığılmağa malik əzələlərdən təşkil olunmuşdur. Bədənin uzunluğu 10 - 13 mm, eni isə 0,78 – 1,02 mm -dir. Ağız sormacı qarın sormacından 2 dəfə və daha çox böyükdür, ölçüsü 0,120 – 0,180 mm-dir, eni isə 0,240 – 0,300 mm –ə çatır. Qarın sormacı çox balacadır demək olar ki, öz fiksator funksiyasını itirib. Ölçüsü 0,072 – 0,144x0,096 – 0,156 mm. Fariks 0,204 – 0,207x0,198 – 0,388 mm diametrindədir. Qida borusunun uzunluğu 0,06 – 0,168 mm. Toxumluqları dairəvi hamar kənara malikdir. Ön toxumluğun ölçüsü 0,276 – 0,420x0,264 – 0,390 mm, arxa toxumluğunku isə 1,180 – 0,468x0,276 – 0,402 mm-dir. Yumurtalıq salxım şəkillidir, çox pərlidir 0,240 – 0,480 mm uzunluğa çatır, eni isə 0,300 – 0,372 mm-dir. O, toxumluqdan öndə yerləşir. Toxumqəbuledici 0,204 – 0,390x0,132 – 0,246 mm. Cinsi dəlik qarın sormacından öndə yerləşir, demək olar ki, onun ön sərhədləri səviyyəsində. Sarılığın ön sərhəddi qarın sormacından uzağa çatmır, arxa sərhəddi isə yumurtalığın arxasına keçmir. Balalığın ilməkləri qarın sormacı ilə yumurtalıqlar arasında yerləşir. Yumurtalığın ölçüsü 0,018 – 0,024x0,09 – 0,12 mm-dir.[1]
Azsaylı (qida çatışmazlığı)-endem növdür, növdaxili müxtəlifliyi politipdir, Parazit orqanizm olub, quşların (Egretta garzetta E. alba) qaraciyərinin öd yollarında olur. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogenez) formasında olur. Biomüxtəliflikdə rolu-Üçüncü dərəcəli konsumentdir.
Dünyada: 2, Qafqazda: 2, Azərbaycanda: 2 növü yayılıb. Azərbaycanda Lənkəran rayonu, Mil-Muğan düzündə yayılmışdır.