Hepatica

Ciyəryarpaq (lat. Hepatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Ciyəryarpaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

"Hepatika" sözü yunancadan tərcümədə "qara ciyər" mənasını verir. Şimal yarımkürəsinin mülayim iqlim vilayətlərində çoxillik Ciyəryarpaq ot bitkisi olan 10 növü məlumdur. Onlardan 4 növü gülçülükdə geniş istifadə edilir. Nəcib ciyəryarpaq (H. nobilis Hill.)- üçbucaq formalı yarpaqları sıx tüklərlə örtülmüş bitkidir. Yazda göy, bənövşəyi, ağ və ya şəhrayı çiçəkləri açılır. Bu növ yaşıllaşdırmada məlumdur. 1440-cı ildə onun çoxləçəkli çiçəkləri olan hibrid formaları vardır. Ciyəryarpaq kölgəlik yerlərdə bitən bitkilər qrupuna daxildir. Ciyəryarpağı avqustda ya da sentyabrda kolun bölünməsi ilə çoxaldırlar. Bu bitkidən yaşıllaşdırmada kol və ağacların arasında, kiçik təpələrin qurulmasında istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Isopyrum Adans.