Herşel adası (ing. Herschel Island) — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012).
Herşel adası | |
---|---|
ing. Herschel Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 116 km² |
Uzunluğu |
|
Eni | 11 km |
Hündür nöqtəsi | 183 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°30′15″ şm. e. 138°52′42″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir[1]. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada"[2] deməkdir.
Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir. Cənub-şərqində yerləşən Paulin buxtasında liman vardır. Buxta yerləşməsi ilə əlaqədar güçlü küləklərdən qorunur, üstəlik dərinliyin yüksəkliyi iri gəmilərin ora yan almasına imkan verir[2].
1826-cı ildə Con Franklin adanı aşkarlayır və öz dostu, alim Con Herşelin şərəfinə adlandırır. Adada vaxtı ilə Balina ovu mərkəzi mövcud olmuşdur[3]. Hazırda isə bu obyektin qalıqları belə qalmamışdır.
Adada 13 arxeoloji mərkəz fəaliyyət göstərir[4]