Herakl (cizgi film, 1997)

Herakl - 1997-ci il məhsulu olan amerikan musiqili fantastik animasiya. Disney renessansı dövründə çəkilən 8-ci animasiyadır. Cizgi film yunan mifologiyasında mühüm yerə sahib olan Heraklın macəralarından bəhs edir.

Herakl
Hercules
Dil İngiliscə
Ölkə Amerika Birləşmiş Ştatları
Davametmə müddəti 93 dəqiqə
İl 1997
İlk baxış

13 iyun, 1997 (məhdud versiya),

27 iyun 1997 (geniş versiya)
Büdcə 85 milyon dollar
Gəlir 252.7 milyon dollar

Baş tanrı Zevs və onun arvadı Heranın Herakl adında bir oğlu olur. Digər tanrılar sevincliykən Zevsin narazı və paxıl qardaşı Aid Zevsi devirmək və Olimpi idarə etmək üçün planlar qurur. Yardım üçün gələcəyə baxan Aid 18 il içində planetlərin paradının titanları Olimpi fəth etmək üçün sərbəst bıraxacağını, ancaq Heraklın onları durduracağını öyrənir. Aid iblis nökərlərinə - Ağrı və Panikə Heraklı tanrı ölümsüzlüyündən məhrum edə biləcək şərbət verərək onları Heraklı öldürmələri üçün göndərir. İkili Heraklı qaçırdır və onu şərbətlə bəsləmək üçün vadiyə aparır. Amma Herakl şərbətin son damcısını içməmişdən əvvəl kəndli Amfitryon və arvadı Alkemen iblislərin yaxınından keçərək onları qorxudub əllərindəki şərbət qabını sırdırmalarına səbəb olurlar. Beləcə Herakl ölümsüzlükdən məhrum olur, amma tanrısal gücünü qoruyur. Ağrı və Panik ilan cildində Heraklı öldürməyə çalışır, amma Herakı asanlıqla onların öhdəsindən gəlir. Ağrı və Panik uğursuzluqlarını Aidə bildirməməyə qərar verirlər.

İllər sonra gənc Herakl gücünü idarə edə bilmədiyi üçün insanlar arasında tək qalır. Ailəsi onun yanında tapdıqları Olimp boyunbağını ona göstərəndən sonra Herakl cavabları tapmaq üçün Zevs məbədinə getməli olduğuna qərar verir. Ora çatanda məbəddəki Zevs heykəli canlanır və Herakla əgər əsl qəhrəman olsa, tanrılığını yenidən qazana biləcəyini deyir. Zevs Herakla uşaqlıq dostu Peqasusu da verir və qəhrəman təlimçiliyi ilə məşhur Filin yanına göndərir. Heç bir tələbəsi göydə topa ulduz qazana bilmədiyi üçün Fil çoxdan idi ki, qəhrəman öyrətmirdi. Amma Zevs Fili Heraklı öyrətməsi üçün məcbur edir. Təlimi tamamladıqdan sonra Fil və Herakl Tebesəyə doğru yola çıxır. Yolda Herakl haytavr Nessusdan qurtardığı qız Meqara (Meq) ilə tanış olur. Herakl və digərləri getdikdən sonra Meqin Aidin xidmətində olması üzə çıxır. Meq keçmiş sevgilisini qurtarmaq üçün ruhunu Aidə satmışdı. Meq Herakl ilə qarşılaşmasından danışanda Aid başa düşür ki, Ağrı və Panik onu aldadıb. Onları cəzalandırdıqdan sonra Heraklı məhv etmək üçün planlar qurmağa başlayır.

Tebesə gələn Herakl yerli xalq tərəfindən şübhəylə qarşılanır. Elə bu anda Meq ortaya çıxır və iki uşağın vadidə böyük bir qayanın altında qaldıqlarını, oradan çıxa bilmədiklərini deyir. Herakl gedib qayanı qaldırır, amma uşaqların əslində şəkil dəyişdirmiş Ağrı və Panik olduğunu bilmir. Beləliklə, Ağrı və Panik Herakl vasitəsilə Pifonu sərbəst buraxmış oldular. Amma Herakl Pifonu məğlub edir və məşhur qəhrəman olur. Bundan sonra Herakl Aid tərəfindən göndərilən bir çox məxluqa qalib gələrək məşhurluğunu və sərvətini artırır. Zevs Herakla hələ "əsl" qhrəman olmadığı deyir və bunun nə mənaya gəldiyini açıqlamağı rədd edir. Məyus olan və xəyal qırıqlığına uğrayan Herakl Meqə daha da yaxınlaşmağa başlayır. Meq başa düşür ki, Herakl ona vurulub. Aid bunu öyrənir və Meqi əsir tutaraq Heraklı güclərini bir günlüyə verməsinə məcbur edir. Herakl Meqə zərər dəyməməsi üçün bunu qəbul edir. Sonrasında Aid Meqin ən başdan onun üçün çalışdığını açıqlayır. Herakl böyük zərbə almış olur.

Aid Olimpə dırmanan və tanrılara qalib gələn titanları sərbəst buraxır. Siklop isə Heraklı öldürmək üçün Tebesə gedir. Herakl təpəgözü udmaq üçün ağlını işlədir. Ancaq Meq Heraklı üstünə düşən sütundan qurtarmaq üçün ölümçül yaralanır. Beləliklə. Aidin Meqin zərər görməyəcəyi haqqında sözü əksini tapmamış olur. Beləcə Herakl gücünü yenidən qazanır. Herakl və Peqasus titanları məğlub edəcəkləri Olimpə qalxır. Amma Meq Herakl dönmədən ölür.

Herakl yeraltı dünyasına gedir və Meqin ruhunu qurtarmaq üçün ruh çayına tullanır. Bu, bir ölümlü üçün ölümcül hərəkətdir. Amma sevgi üçün özünü fəda etmək istəyi Heraklın itirdiyi tanrılığa yenidən qovuşması üçün yetərli olur. Herakl Meqin ruhuyla birlikdə ordan çıxır və Aidi ora tullayır. Meqi canlandırdıqdan sonra Meq və Herakl Olimpə çağrılır. Zevs ilə Hera oğullarına özünü artıq sübut etdiyini və burada qalmasını istəyirlər. Ancaq Herakl Olimpdə tanrılarla birlikdə yaşamaq yerinə Meq ilə Dünyada qalmaq istəyir. Herakl və dostları Zevsin Heraklın şərəfinə topa ulduz yaratmasına tamaşa edərkən evə qayıdırlar.