Titanlar


Titanlar (yun. Τιτάν cəmdə Τιτάνες) — qədim yunan mifologiyasında GeyaUrandan törənmiş ya sonra gələn tanrılar, Kiklop (təpəgözlərin) və Hekatonxeyrlərin qardaş-bacılarıdırlar.

Titanlar
Titanların çökməsi
Titanların çökməsi
Mifologiya Yunan
Yunanca adı Τιτάν,
cəmdə Τιτάνες
Sülalə Titanlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunan mifologiyasına görə Geya dünyanın yaranmasında əsas hərəkətverici qüvvə olmuşdur. Uranla birləşərək ilk ilahi cütlüyü yaradaraq, bu nigahdan titanları dünyaya gətirmişdirlər. İlk olaraq OkeanTefida cütlüyü dünyaya gətirilmiş onlardan isə çaylar və okeanlar törənmiş olur. Sonrakı dünyaya gəlmiş cütlük HiperionTeyadır ki, onlardan isə Helios (günəş), SelenaEos törənmişlər. Növbəti doğulmuş Krios Geyanın dənizdən olan qazı Evribiyaya evlənərək Asteriya, PallantPersi dünyaya gətirmişlər. Sonra doğulmuş İapet Okean və Tefidanın qızı Klimenaya (Asiyaya) evlənərək, Atlant, Menetiy, PrometeyEpimeteyi dünyaya gətirmişlər. Nəhayət KronReya cütlüyü sonrakı nəsil tanrılarını - baş Olimp ilahələrini: Demetra, Hestiya, Heranı və tanrılarını: Aid, PoseydonZevsi dünyaya gətirmişlər.

Xaos------>Geya------>Uran
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Titanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Okean
 
 
Krios
 
 
Hiperion
 
 
Teya
 
 
Temis
 
 
Feba
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kron
 
Koy
 
İapet
 
Reya
 
Mnemosina
 
Tefida
 
 

İllər keçdikdən sonra Geya və Uran ayrilirlar. Geyanın oğlu Kron atası Uranı arvadbazlığına görə anasının ğöstərişi ilə axtalayaraq cəzalandırır. Geya dənizlə nigaha girərərk ondan Tavmant, Forkes, Kito, EvribiyaNereyi doğmuş olur. Tavmant Okean və Tefidanın qızı Elektraya evlənərək onlardan İrisHarpiyaları: Ayelo, OkipetaKeleno dünyaya gəlmiş olurlar. Doğulmuş ForkesKito cütlüyündən Qorqonalar və qarımış Qraylar dünyaya gəlirlər. Doğulmuş Nerey və okianid Dorida cütlüyündən isə nereidalar doğulmuş olurlar.

Geya------>Pont
(dəmiz)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tavmant+Elektra
 
Forkiy
 
EvribiyaKriosNerey+Dorida
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İrida
Harpiyalar
 
Qorqonalar
Qraylar
 
Pallant
Astrey
Pers
Nereidalar


Məlumat cədvəli

[redaktə | mənbəni redaktə et]
Yunan Roma Haqqında məlumat Rəmzləri Təsviri
Okean

(Ὠκεανός)
Oceanus Yunan mifologiyasında[1] titan, çaylara, bulaqlara, dəniz cərəyanlarına başlanğıc, günəşə, aya və ulduzlara daldanacaq verən çaylar tanrısı, UranGeyanın oğlu, Tefidanın həm qardaşı həm də əri. Mifik Peqas onun sularından doğulmuşdur. Esxilə görə Qanadlı atın sahibi[2]. Urana qarşı üsyanda və Titanomaxiyada iştirak etmədiyinə görə hakimiyyətini qoruyub saxlaya bilmişdir.[3].
Krios
(Κρίος)
(Crius) Yunan mifologiyasında titan UranGeyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallantın, AsteriyanınPersin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir[4].
Hiperion
(Ὑπερίων)
Yunan mifologiyasında UranGeyanın oğlu, işıq tanrısı, 12 əsas titandan biri, Teyanın əri, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun atası.
Teya
(Θεία, Αἴθρα, Βασίλεια)
(Diva) Yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası.
Temis
(Θέμις)
Femida Yunan mifologiyasında[5] ədalət ilahəsi, titan, Zevsin ikinci arvadı.
Feba
(Φοίβη)
Yunan mifologiyasında ayı tərənnüm edən ilahə, 12 titandan biri, UranGeyanın qazı, LetoAsteriyanın anası, ApollonArtemidanın nənəsidir.
Kron
(Κρόνος, Χρόνος)
Saturn Yunan mifologiyasında titan[6], səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır.
Koy
(Κοϊος)
Yunan mifologiyasında titan UranGeyanın oğlu[7], bacısı titan ilahə Febanın əri, LetoAsteriyanın atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir[4]. Kos adasının ən qədim sakini[8].
İapet
(Ἰαπετός)
Yunan mifologiyasında tanrı titan[9]. GeyaUranın oğlu və Klimenanın əri[10]. Atlant, Prometey, EpimeteyMenetiyin atası[11].
Reya
(Ῥέα, Ῥείη)
Yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, PoseydonZevsin anasıdır.
Mnemosina
(Μνημμοσύνη)
Yunan mifologiyasında[12] yaddaş ilahəsi, titan, GeyaUranın qızı, Zevsdən olan muzaların anasıdır[13] .
Tefida
(Τηθύς)
Yunan mifologiyasında[14] titan, ilahəsi, UranGeyanın qızı, Okeannın həm bacısı, həm də arvadı[15]. Bu nigahdan olan üç min çayın - oğlanın və üç min qızın - okeanidanın anası[16].
  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.249, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.472
  2. Эсхил. Прикованный Прометей 395
  3. Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3-4 далее
  4. 1 2 Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 2, 2
  5. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.560, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.384; Псевдо-Аполлодор. Мифологическая библиотека II 5, 11; III 13, 5
  6. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.18, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.392-393
  7. Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 2, 2; 4, 1
  8. Тацит. Анналы XII 61
  9. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.477, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.162
  10. Гесиод. Теогония 507
  11. Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 2, 3
  12. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.161
  13. Гесиод. Теогония 915-917; Гимны Гомера III 429; Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 3, 1
  14. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.505, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.374; Псевдо-Аполлодор. Мифологическая библиотека I 2, 2; II 1, 1; III 12, 6
  15. Гомер. Илиада XIV 201; Овидий. Метаморфозы IX 498
  16. Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3