Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları inək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır.
Hera | |
---|---|
| |
Mifologiya | Qədim Yunan |
Yer | Olimp |
Təsir sahəsi | Nikah, ana, uşaq doğumu |
Yunanca adı | Ἥρα |
Cinsi | qadın[d] |
Atası | Kron |
Anası | Reya |
Qardaşı | Zevs, Poseydon, |
Uşaqları | Ares, Eris, Hebe, İlifiya, Hefest |
Atributlar | İnək, zanbaq, tovuz quşu |
Digər mədəniyyətlərdə | Yunona |
Vikianbarda əlaqəli mediafayllar |
Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir.
Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır. Buna görə də kukuk quşu ilahənin müqəddəs quşu sayılır[1]. Zevslə Heranın nıgahı 300 il gizlin qalmışdır. Onların toyu Knos torpaqlarında, Ferena çayı yaxınlığındakı bir ərazidə olmuşdur. Hər il Hera Navpli şəhərindəki Kanaf bulağında çimərək təzədən bakirə olarmış. Arqonavtların səyahəti zamanı Hera Yasona köməklik etmişdir.
Hera Olimpin ən qadir ilahəsi sayılsa da o, əri Zevsə tabe idi. Onun tez-tez ərini qısqanması Zevsi çox qəzəbləndirirdi. Heranın mərhəmətlik xüsusiyyəti ilə yanaşı qəddarlığıda məlumdur. O, xüsusən ərinin sevgililərinə və qanunsuz uşaqlarına qarşı amansız olmuşdur. Leto Apollon və Aretemidlə hamilə olarkən Hera ona doğmağa icazə verməmişdir.[2] Nimfa Kallistonu və Arkadini ayıya çevirmişdir. Herakla qaldıqda o ömrü boyu atası Zevsin sevgisinin haq-hesabını çəkməli olmuşdur.[2]
Bir dəfə ərinin gəzəyən xasiyyətindən təngə gələrək ondan ayrılmaq qərarına gəlir. Evbeyə çəkilərək Zevsin yalvar-yaxışına baxmayaraq geri dönmür. Bu zaman müdrik Kiferon ona yalandan toy etməyi, guya təzədən evlənməyi məsləhət görür. Bundan xəbər tutan Hera dərhal toy məclisinə gəlir və gəlinin paltarını cırır. Hiyləni başa düşən Hera buna sevinərək Zevslə təzədən barışır.[2]
Zevsin sevgililərindən biri tayfa başçısı arqoslu İnaxın qızı İonu inəyə çevirərək Miken yaxınlığındakı zeytunluğa bağlayır. Zevsin göndərdiyi Hermes onu azad etmək istədikdə Hera İonun üzərinə mozalanları salaraq onu sancdırır. İon bundan qurtarmaq üçün özünü sonralar onun adı verilmiş İon dənizinə atır və uzun əzablardan sonra üzərək Misir sahillərinə yetişir. Burada o, təzədən insan cildinə dönərək sonralar Misirin çarı olmuş oğlu Epafı dünyaya gətirir.[2]