Herat müqaviləsi

Herat müqaviləsiQaraqoyunlularTeymurilər arasında bağlanmış sülh müqaviləsi.

Herat müqaviləsi
İmzalanma tarixi 1459[1]
İmzalayanlar Cahan şah
Əbu Səid
Tərəflər QaraqoyunlularTeymurilər

Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi.[2][1]

Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.[2][3]

  1. 1 2 Nuriyeva, İradə Tofiq qızı. Azəbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək) (PDF) (az.). Bakı: Mütərcim. 2015. səh. 103. ISBN 978-9952-28-202-3. 2020-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-02.
  2. 1 2 Nəcəfli, T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında (PDF) (az.). Bakı: Çaşıoğlu. 2000. səh. 27. 2017-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-02.
  3. islamansiklopedisi.org.tr. "Karakoyunlular" (türk). Faruk Sümer. 2001. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.