Bu cinsin 30-a yaxın növü məlumdur. Vətəni Şimali Amerikadır. Gülçülükdə cinsin 15 növündən istifadə olunur. Onlardan al-qırmızı heuxera (H. sanguiena) yaşıllaşdırmada geniş istifadə edilir. Bitkinin nazik gövdələri 50 sm hündürlüyə çatır. Gözəl xırda çiçəkləri süpürgə çiçək qrupunda toplanmışdır. Al-qırmızı heuxeranın vətəni ABŞ-nin mərkəzi rayonları və Meksikanın şimalıdır. 1822-ci ildən gülçülükdə istifadə olunur. Çiçəklərinin rəngi qırmızı, ağ, çəhrayı olub, çoxsaylı hibrid formaları məlumdur. Heuxera toxumla və qələmlə çoxaldılır. Qələm kimi yazda əmələ gələn xırda, kök üstündə olan rozetlərdən istifadə edilir. Bir müddətdən sonra heuxeranın kökləri çılpaqlaşır və bitkinin çiçəkləməsi zəifləyir. Bunun qarşısını almaq üçün bitkinin köklərinə vaxtaşırı peyin tokürlər. Heuxeradan dəstə bağlamaq üçün istifadə olunur.
Heuxera | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Heuxera |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Heuxera:The Plant List saytında takson barədə məlumat. (ing.)