Heydər İslam Kolleci — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisəsi[1]. Bakı şəhərində yerləşir.
Heydər İslam Kolleci | |
---|---|
Əsası qoyulub | 2017 |
Tip | dini təhsil müəssisəsi |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri |
Heydər İslam Kolleci Azərbaycanda dövlət qeydiyyatına alınmış ilk 7 islam kollecindən biridir. Dövlət qeydiyyatına alınması ilə bağlı Qeydiyyat şəhadətnaməsi Heydər İslam Kollecinin rəhbərliyinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci ildə təqdim edilmişdir[1][2].
Kollecin fəaliyyəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir[3].