Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq (kitab)

Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq — Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən bəhs edən kitab.[1]

Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq
“Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq” kitabının üz qabığı
“Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq” kitabının üz qabığı
Janr siyasi-publisistik
Mövzu Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Elm və təhsil
Nəşr 2023
Səhifə 408
Növ kitab
Tiraj 500

Haqqında[redaktə | mənbəni redaktə et]

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professorlar Qəzənfər Kazımovİlham Tahirovdur.

Ümumumi məlumat və məzmunu[redaktə | mənbəni redaktə et]

Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.

“Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov) adlanan I fəsildə ölkədə dil quruculuğu prosesləri Heydər Əliyevin rəhbərliyi ən müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin istiqamətləri, dil və dövlət quruculuğu, dil və əlifba istiqamətində elmi-nəzəri ümumiləşdirmələr aparılıb.[2]

Professor Müseyib Məmmədovun yazdığı “Heydər Əliyev və nitq mədəniyyəti” adlı II fəsildə Ulu Öndərin nitq mədəniyyəti və natiqlik sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya və s. kimi nitq hadisələrinə toxunulur.[3]

“Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslub-qrammatik xüsusiyyətləri” adlı III fəsli isə professor Məsud Mahmudov qələmə alıb.

Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil də artırılıb.

Bu fəslin müəllifi Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti - azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə Ulu Öndərin nitqi koqnitiv planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq" kitabı çapdan çıxıb". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  2. "AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə "Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq" kitabı çap olunub". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  3. "Professor Məsud Mahmudovun qələmə aldığı "Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri" adlı III fəsildə isə liderin qrammatikasının stilistik incəlikləri araşdırılır". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.