Heydər Əliyev Muzeyi (Qaradağ)

Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur.

Heydər Əliyev Muzeyi
Əsası qoyulub 2008
Açılış tarixi 14 iyun 2008-ci il
Ölkə
Yerləşir Qaradağ rayonu
Ünvan Lökbatan qəsəbəsi, S.Orucov küç., Heydər parkı
Direktor Hicran Aydın qızı Xəlilova
Telefon (+99 412) 445 99 77

Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.[1]

Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir.

Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var. Muzeydə həmçinin Heydər Əliyevin bürünc heykəli vardır. Bu heykəlin müəllifi azərbaycanlı heykəltaraş Natiq Əliyevdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Heydər Əliyev muzey və muzey mərkəzləri" (az.). https://heydar-aliyev-foundation.org. 08-12-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]