Heydər Vidadi oğlu Məmmədov (17 fevral 1986, Bakı) — Azərbaycan Respublikası Baş prokurorunun müavini (2020-ci ildən), II dərəcəli dövlət ədliyyə müşaviri (2022).
Heydər Məmmədov | |
---|---|
Vəzifədədir | |
12 iyun 2020-ci ildən | |
Baş prokuror | Kamran Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1986 (38 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Rütbəsi |
II dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
Heydər Vidadi oğlu Məmmədov 17 fevral 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, 2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda, Bakı şəhərinin Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində çalışmışdır.[1]
Heydər Məmmədov 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləmiş, 2017-ci ildən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, 2019-cu ildən isə həmin baş idarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışmışdır. 17 fevral 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilmişdir.[1]
Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.[2] Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının və Baş Prokurorluğunun Ali Attestasiya Komissiyasının üzvüdür. Baş Prokurorluğun müsabiqə və əmək məsələləri komissiyalarının sədri, "Dövlət ittihamının müdafiəsi təcrübəsi" bülleteninin redaksiya heyətinin sədri, həmçinin "Azərbaycan Prokurorluğu" elmi-praktiki jurnalının baş redaktorudur.[1]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Heydər Məmmədova 17 dekabr 2020-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri[3], 30 sentyabr 2022-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilmişdir.[4]
Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Həmçinin prokurorluq orqanlarında xidmətlərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, 24 iyul 2020-ci ildə "MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi" xatirə yubiley medalı ilə təltif olunmuşdur.[1]
Ailəlidir, iki övladı var.