Heysaku Kosava

Heysaku Kosava (古沢平作, Kosava Heysaku?, 17 iyul 1897, Atsuqi[d], Kanaqava prefekturası5 oktyabr 1968, Tokio[d])Yaponiya psixiatrıpsixoanalitiki. Yaponiyada psixoanalizin əsasını qoymuşdur.[1]

Heysaku Kosava
yap. 古沢平作
Doğum tarixi 17 iyul 1897(1897-07-17)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 1968(1968-10-05) (71 yaşında)
Vəfat yeri
İş yeri
Təhsili

Heysaku Kosava 17 iyul 1897-ci ildə Yaponiyanın Kanaqava prefekturasının Atsuqi şəhərində doğulmuşdur.[1] 1926-cı ildə Tohoku Universitetinin Tibb Məktəbindən məzun olmuş, burada professor Kiyoyasu Maruinin tələbəsi olmuşdur.[1] 1931-ci ildə Tohoku Universitetindəki psixiatriya professoru olmuşdur.[1]

1932–1933-cü illərdə Vyana Psixoanaliz İnstitutunda təhsil almış, burada Rixard ŞterbaPaul Federnin tələbəsi olmuşdur.[1] Vyanada yaşayarkən Ziqmund Freydin evini ziyarət etmiş və ona alman dilində yazdığı "Günahkarlıq hissinin iki növü" adlı məqaləsini təqdim etmişdir.[1] Bu məqalədə onun tərəfindən irəli sürülmüş Acase kompleksindən bəhs etmişdir.[1] O, Visbaden şəhərində baş tutmuş XX Beynəlxalq Psixoanaliz Assosiasiya konqresində iştirak etmiş ilk yapon olmuşdur.[1] Burada Haynts HartmanKarl Mennincerlə tanış olmuş, onlarla dostlaşmışdır.[1] 1934-cü ildə Yaponiyaya qayıtdıqdan sonra Tokioda şəxsi klinikasını açmışdır.[1] O, uzun müddət psixoanaliz ilə məşğul olan yeganə yapon olmuşdur.[1]

Kosava 1950-ci illərdə yapon psixiatrlar və psixoloqlar üçün psixoanaliz təlimləri keçməyə başlamışdır.[1] 1955-ci ildə Yaponiya Psixoanaliz Cəmiyyətini yaratmış və 1957-ci ilə qədər prezidenti olmuşdur.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kosava ABŞAvropa pasiyentlərinə nəzərən Yaponiya pasiyentlərinin ana-uşaq münasibətinə daha asan gerilədiklərini müşahidə etmiş, bu cür münasibətlərdə tez-tez müşahidə olunan fundamental konfliktin uşağın anaya qarşı olan qərarsızlığı olduğunu düşünmüşdür.[1] Bu düşüncələri əsasən Freydin Edip kompleksi ilə təzadlıq təşkil edən Acase kompleksi nəzəriyyəsini inkişaf etdirmişdir.[1]

Kosava psixoanalizi təlimlərlə yaymağa üstünlük verdiyi üçün elmi işləri azdır.[1] Lakin onun bir çox tələbəsi Yaponiyada psixoanaliz, dinamik psixiatriya, klinik psixologiya və psixosomatik tibbin yayılmasında əhəmiyyətli rol oynamışdır.[1]

  • Mijolla, Allan de. International Dictionary of Pychoanalysis (ingiliscə). Thomson Gale. 921–922. ISBN 0-02-865994-5. İstifadə tarixi: 13 dekabr 2022.