Edip kompleksi

Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.

Ümumi anlayış

[redaktə | mənbəni redaktə et]

Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir.

"Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı , Kral Laios , Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios , doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir. Ancaq Edipi meşəyə aparan köməkçi ona xəyanət edərək uşağı bir çobana verir. Oda kiçik uşağı də uşaqları olmayan Corinth kralı Polybusa təslim edir. Edip kralın uşağı kimi xoşbəxt bir uşaqlıq və gənclik keçirir. Ancaq bir gün övladlıq olduğunu düşündürən bir vəziyyətlə qarşılaşır. Vəziyyəti anlamaq üzrə Delphoi kahininə gedəndə kahin ona , onu gözləyən acı taleyini bildirir. Kahin bildirirki Edip atasını öldürəcək və anasıyla evlənərək zina məhsulu bir nəsil yaradacaq. Delphoi deyil çıxarkən qarşılaşdığı bir yaşlı adam və ona yoldaşlıq edən müşayiətçilərlə yol prioriteti üzündən mübahisə edər. Çıxan döyüşdə yaşlı adamı və müşayiətçilərini öldürər. Ölən adam atası kral Laios olduğunu bilməz. Yoluna davam edəndə qarşısına hər kəsə bir tapmaca soruşan və tapmacanı bilməyəni öldürən Sfenks çıxar. Sfenksə görə Thebaililər bir yerdə toplaşaraq bir həll yolu axtarırlar. Kralları Laios öldüyü üçün onları Sfenksten qurtaracaq adamı kral elan edəcəklərinə söz verirlər. Sfenksin sualı belədir: əvvəl dörd sonra iki və ən sonunda üç ayaqla gedən ancaq ayaqları çoxalarkən gücsüzləşən varlıq nədir. Edip bu varlığın insan olduğunu deyir və cavabı düz çıxır. Belə ki əvvəl iməkləyən , sonra yeriyən və ən sonunda çəlik istifadə edən insan iməkləmə çağındada yəni qocalanda ən gücsüz dövrünü yaşayır. Sualı bilən Sfenks intihar edir. Thebailililer Edipi kral seçirlər. Edip anası kraliça Lokaste ilə anası olduğunu bilmədən evlənir . Anasından iki qızı və iki oğlu olur . Xoşbəxt keçən günləri vəba epidemiyası yayılır. Bu fəlakətdən qurutulmaq üçün Delphoi dəkı kahindən məsləhət alırlar. Kahinin cavabı bu fəlakətin çatmasının ancaq bir yolu olduğunu deyir : içlərində yaşayan lənətli insanı tapıb ölkələrindən qovmalıdırlar. Kor kahin Teireisias lənətli insanın kral Laiosu öldürən Edipin özü olduğunu və anası ilə evləndiyini, zina məhsulu uşaqları olduğunu deyir. Edip isə o əsnada bir elçidən atası sandığı Polybosun əslində övladlığı olduğunu öyrənir. Anası Lokastedən isə keçmişdə atası tərəfindən qurda quşa yem olmaq üçün meşəyə atılan kiçik bir uşaqları olduğunu eşidir. Edip artıq öldürdüyü yaşlı adamın atası olduğundan əmin olur.bir sözlə Kəhanət gerçək olur. Edip krallığı hər kəs tərəfindən tərk edilir. Sonunda Edip gözlərini oyur, Lokaste isə özünü asır." Bu son dərəcə qəmli oyun, aydındır ki Freuda insanoğlunun sahib olduğunu düşündüyü universal ölçəkdəki "ensest arzusuna" və öz cinsindən olan valideynlərə olan "rəqabət və düşmənlik" şəklindəki romantik qarşı çıxışına dair meyllərin ipucunu vermişdir.

Edip kompleksi ədəbiyyatda

[redaktə | mənbəni redaktə et]

Freydə görə dünya ədəbiyyatın üç ən güclü əsərində- Sofoklun Oedipus the king, Şekspirin Hamlet və Dostoyevskinin Karamazov qardaşları əsərlərində eyni mövzunun — ata qatili olmanın əsas olması heç də təsadüf deyil. bütün bunların kökündə edip kompleksi dayanır. Kral Edip Sofokla görə bir əsər qəhrəmanı idisə, Freydə görə insan olmağın faciəvi hallarından biri idi.