Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır.[1] Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır.[2]
Hiakinfin ölümü | ||
---|---|---|
fr. La Mort d'Hyacinthe | ||
| ||
Rəssam | Jan Brok | |
Tarixi | 1801 | |
Üslubu | mifologiya rəssamlığı[d], nü | |
Texnikası | yağlı boya və kətan | |
Ölçüləri | 175 sm × 120 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Sent-Krua muzeyi | |
Saytı | wga.hu/html/b/broc/hyaci… | |
İnventar nömrəsi | 899.3.1 |
Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Zefir qərb küləyi ilə Apollonun arxalığını uçurur. Onlarının ayaqları yanında sünbülçiçək çıxmışdır. Arxada bir qrup ağac, su hövzəsi və dağ vardır.
"Hiakinfin ölümü" 1801-ci ildə Paris Salonunda sərgilənmişdir. 1814-cü ildə əsər ikinci dəfə Paris Salonunda 155 nömrəsi altında "Hiakinfin tapılması" adı ilə sərgilənmişdir. Daha sonra baron Horece Demarçay (1813–1866) tərəfindən alınmış əsər, 1899-cu ildə onun dul xanımı tərəfindən Puatye muzeyinə bağışlanmışdır. Həmin tarixdən sonra əsər müxtəlif yerlərdə sərgilənmişdir.
Hiakinfin ölümü mövzusuna bir çox rəssamlar tərəfindən müraciət edilmişdir.
Şarl Pol Landon 1802-ci il Paris Salonu üçün yazdığı təsvirdə əsəri aşağıdakı mətnlə təhlil edir:
Mövzu (artıq II cild, səhifə 23-də Kallamardın gips modelinə həsr olunmuş hissədə şərh edilmişdir) Apollonun favoriti olan Hiakinfin onunla disk atma oyunu zamanı ölməsini təsvir edir. Gənc oğlan ağır zərbədən yaralanmışdır; o Apollonun qolları üstündə can verir, qanının töküldüyü yerdən isə, sonradan onun adını daşıyacaq çiçək bitir. Yunanların öz dinlərini əsaslandırdıqları Qədim Misir mifologiyasına görə Zevsin oğlu Apollon qeyri-adi gözəlliyə malikdir və buna görə də günəş onun adı ilə adlandırılmışdır. O, xarici gözəlliyi ilə yanaşı, ağlı və mənəviyyatı ilə də seçilmiş, misirlilərə ilk dəfə elm və incəsənəti öyrətmişdi. O, Troya şəhərinin təməlinin qoyulmasında Neptuna kömək etmiş, daha sonra Delos adasına gedərək bir müddət orada yaşamış və nəhayət Delfidə məskunlaşmışdı. Burada o, məbəd və saray inşa etdirmişdir. O, yunanlara sivilizasiyanın incəliklərini öyrətmidir. Musiqi vasitəsiylə onlara mənəvi dəyərləri aşılamışdır, məsləhət axtaranlara dəyərli məsləhətlər vermişdir, müxtəlif planetlərin hərəkəti, ayın duruşu və çıxması ay və günəş tutulmalarından xəbərdar etmişdir. Sadə və kobud xalq bu şahzadəni qeyri-adi adam kimi qəbul edirdi; Apollon onların saflığından istifadə edərək xalqı idarə edirdi. Apollonun Misirdə olan keçmişi haqqında çox az məlumat vardır. Əfsanəyə görə Apollon, Yupiter və Letonun oğlu, Artemidanın qardaşıdır. Onun ilk qələbəsi Piton adlı ilanın məğlub edilməsi olmuşdur...Rəsm əsəri 1801-ci ildə Salonda nümayiş etdirilmiş və münsiflər heyətinin rəğbətini qazanmışdır.[3] |