Hidayət Əfəndiyev

Əfəndiyev Hidayat Əli oğlu (1 avqust 1908, Şamaxı29 aprel 1979) — tənqidçi, ədəbiyyatşünas, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1973).

Hidayət Əfəndiyev
Hidayat Əli oğlu Əfəndiyev
Doğum tarixi
Doğum yeri Şamaxı, Bakı quberniyası
Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi (70 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili

Hidayət Əfəndiyev 1908-ci il avqustun 1-də Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Ağa Əli Naseh öz dövrünün tanmmış şairlərindən idi. Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin yaxın dostu olmuşdur. 6 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində, sonra realnı məktəbin hazırlıq sinfində almışdır. Şamaxıda mart hadisələri (1918) başlar-başlamaz ailəlikcə Gəncəyə köçürlər. Orada gimnaziyanın hazırlıq kursuna daxil olur. Azərbaycanda aprel çevrilişindən sonra yenidən doğma yurda qayıdırlar. 1922-ci ildə onu Bakı müəllimlər seminariyasına ezam edirlər, burada üç il təhsil alır. Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik edir (1925-1927). Bakı məktəblərində işləməklə bərabər, ali pedaqoji institutda təhsilini davam etdirir. Ağdaş rayon maarif şöbəsinə təlimatçı-metodist təyin olunur. 1932-ci ildə Bakıya qayıdır, pedaqoji və ədəbi fəaliyyətə başlayır. Azərbaycan Baş Mətbuat İdarəsində siyasi redaktor (1932-1935), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllim (1935-1941) işləyir, Sovet Ordusunda kapitan rütbəsində siyasi işçi kimi xidmət edir (1941-1946). 1946-cı ildən ADU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim, dosent olur. "XX əsr Azərbaycan bədii nəsri tarixindən" mövzusunda namizədlik (1953), "Azərbaycan klassik bədii nəsri tarixi (qədim dövrdən 1905-ci ilədək)" mövzusunda doktorluq (1973) dissertasiyası müdafiə etmişdir. "Qafqazın müdafiəsinə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. 1979-cu il aprelin 29-da vəfat etmişdir.

  • Ədəbi oxu kitabı (7-ci sinif üçün). Bakı: Azərnəşr, 1939, 209 s. (H.Səmədzadə ilə şərikli).
  • Ədəbiyyat xrestomatiyası (7-ci sinif üçün). Bakı: Azərnəşr, 1938, 206 s. (H.Səmədzadə ilə şərikli).
  • Ədəbi qiraət (dərslik). Bakı: Azəməşr, 1958, 164 s.
  • Ədəbi qiraət (dərslik). Bakı: Azərnəşr, 1960, 160 s.
  • Ədəbiyyat (dərslik, müntəxabat). Bakı: Maarif, 1961-1967, 144 s.
  • Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, 236 s.
  • M. F. Axundov realist satirik nəsrinin davamçıları. Bakı: Azərnəşr, 1974, 172 s.