Hidayət Əzimov

Hidayət Ağanəcəf oğlu Əzimov (1985, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini.

Hidayət Əzimov
Vəzifədədir
11 yanvar 2024-cü ildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirVüqar Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 1985
Doğum yeri
Təhsili

Hidayət Əzimov 1985-ci ildə Bakıda anadan olub. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005–2007-ci illərdə magistr dərəcəsi əldə edib.[1]

Ailəlidir. 2 övladı var.

2006–2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007–2018-ci illərdə "Atəşgah" Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018–2022-ci illərdə ölkədə fəaliyyət göstərən "Ernst & Young CIS B. V" beynəlxalq audit və konsaltinq şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2022-ci il martın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.[2]

2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.[2]

2018-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

  1. "Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2024-01-13. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
  2. 1 2 "Arxivlənmiş surət". musavat.com. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.