Hideki Sayco

Hideki Sayco (西城 秀樹, Sayco Hideki?, 13 aprel 1955, Hiroşima, Hiroşima prefekturası, Yaponiya16 may 2018, Yokohama) və ya doğum adı ilə Tatsuo Kimoto (木本 龍雄, Kimoto Tatsuo?)Yaponiya müğənnisi və aktyoru. 1970-ci illərdə Yaponiyanın ulduz müğənnilərindən biri olmuşdur. Village People qrupunun "Y.M.C.A." mahnısının yapon versiyasını oxumasına görə tanınır.[1]

Hideki Sayco
yap. 西城秀樹
Ümumi məlumatlar
Doğum adı 木本 龍雄
Doğum tarixi 13 aprel 1955(1955-04-13)
Doğum yeri
Vəfat tarixi 16 may 2018(2018-05-16) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Həyat yoldaşı
  • bilinmir (2001–)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1972–2018
Janr J-pop[d]
Səs tembri bariton
Albom şirkəti Universal Music Group
Təhsili
  • Sanyo liseyi[d]
earth-corp.co.jp/HIDEKI/

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

1955-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1972-ci ildə müğənni kimi debüt etmiş və gənclər arasında populyarlaşmışdır. 1970-ci illərdə oxuduğu "Kizudarake no Laura" (1974), "Boomerang Street" (1977) və "Young Man" mahnıları (1979) hit olmuşdur.[1] Hiromi QoQoro Noquçi ilə birlikdə "Yeni böyük üçlük" (Şin Qosanke) ləqəbini qazanmışdır.[2]

Sayco 1980-ci illərdə Asiya ölkələrində çıxış etməyə başlamış,[1] SinqapurHonkonq kimi xarici ölkələrdə fanat kütləsi toplamışdır.[3] Həmin dövrdə Cənubi Koreyada yapon dilində ictimai performanslara icazə verilməsə də, 1988-ci ildəki Yay Olimpiya Oyunlarında ərəfəsində Koreyada bir tədbirdə çıxış etmişdir.[1] 1998-ci ildə Yaponiya ilə Çin arasında dostluq müqaviləsinin imzalanmasının 20 illiyini qeyd etmək üçün Çinə səfər etmiş[4]Böyük Çin səddinin qabağında çıxış etmiş ilk yapon olmuşdur.[1]

1974–1975-ci illərdə yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialında çıxış etmişdir. Onun manqa əsasında çəkilmiş "Sevgi və dürüstlük" filmi gəlir baxımından böyük uğur qazanmışdır.[2] 1990–1992-ci illərdə yayımlanmış "Chibi Maruko-chan" anime serialının ikinci bağlanış mahnısı olan "Hashire Shoujiki-mono" (走れ正直者?, hərf."Qaç, dürüst adam") mahnısını ifa etmişdir.[1]

Sayco 2003 və 2011-ci illərdə insult keçirmiş, nəticədə, nitq qabiliyyəti pozulmuşdur.[3] Buna baxmayaraq, karyerasına davam etmişdir. Sağalmaq üçün reabilitasiya proqramlarına qatılmışdır.[2] Son performansı 2018-ci ilin aprelində baş tutmuşdur. 25 aprel 2018-ci ildə evində huşunu itirmiş vəziyyətdə tapılmış və Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən bir xəstəxanaya aparılmışdır. 16 may 2018-ci ildə ürək çatışmazlığı səbəbilə ölmüşdür.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Miki Makihara ilə evlənmişdir.[3] 2011-ci ildə baş vermiş Tohoku zəlzələsindən sonra zərərçəkənlər üçün xeyriyyə kampaniyasında iştirak etmişdir. Hobbi kimi bağbanlıqla məşğul olurdu.[5]

  1. 1 2 3 4 5 6 "Japanese singer Hideki Saijo, known for cover song of 'Y.M.C.A.,' dies at 63". The Japan Times (ingiliscə). 17 may 2018. 22 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  2. 1 2 3 "Renowned singer, actor Hideki Saijo passes away at 63". The Mainichi (ingiliscə). 17 may 2018. 1 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  3. 1 2 3 4 "Death of Showa icon Hideki Saijo, 'artist with special depth,' shakes Japan". The Mainichi (ingiliscə). 18 may 2018. 10 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  4. "Japanese singer Hideki Saijo dies of heart failure". Straits Times (ingiliscə). 17 may 2018. 22 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  5. "In Photos: The celebrated life of beloved singer, actor Hideki Saijo". The Mainichi (ingiliscə). 17 may 2018. İstifadə tarixi: 22 yanvar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]