Hidroksilamin

Hidroksilamin NH2OH – asanlıqla suda həll olaraq NH2ОН•Н2О hidratı əmələ gətirən rəngsiz kristallardır.

Hidroksilamin
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu NH₂OH
Molyar kütlə 33,0298 q/mol
Fiziki xassələri
Sıxlıq 1,21 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 33 °S
Qaynama nöqtəsi 58 °S
Alışma temperaturu 129 °S
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 5,97 ± 0,01[1]
Təsnifatı
CAS-da qeyd. nöm. [7803-49-8]
PubChem
RTECS NC2975000
ChEBI 15429
ChemSpider
  • Zəif əsasi xassəyə malik olduğundan sulu məhlulda dissosasiya olunur.
Ko = 2×10−8
  • pK=14,02 ilə turşu xassəsində də dissosasiya edə bilər.

Turş sulu məhlulda hidroksilamin davamlıdır, lakin kecid metal ionları onun çevrilməsini katalizləşdirir. NH3 kimi, hidroksilamin turşularla reaksiya girərək hidroksilamin duzlarını əmələ gətirir, məsələn;

Havada birləşmə qeyri- stabildir: lakin 3 kPa (2.25 mm Hg) təzyiqdə 32 ° C-də əriyir və parçalanmadan 57°C-də qaynayır.

Asanlıqla atmosfer oksigeni ilə oksidləşir:

Hidroksilamin reduksiyaedici xassəyə malikdir, oksidləşdiricilərin təsirindən N2 və ya N2O-ya ayrılır.

Bəzi reaksiyalarda NH2OH oksidləşdirici xassə göstərərək NH3 və ya NH4 ionuna reduksiya olunur, məsələn;

Hidroksilamin aldehid və ketonlarla reaksiyaya daxil olduqda oksimlər alınır: R—CH=NOH и R2—C=NOH.

Laboratoriyada hidroksilamin duzlarıın vakuumda parçalanmasından alınır: (NH3OH)3PO4 və ya [Mg (NH3OH)6] (ClO4)2. Hidroksilaminin spirtdə məhlulu, etanolun NH3OHCl-a təsiri ilə alınır. Sənayedə hidroksilamin duzlarını platin katalizatorunun iştirakı ilə hidrogenin NO-ya reduksiyası və ya azot turşusunun hidrogenləşdirilməsi, həmçinin atomar hidrogenin azot turşusuna təsiri ilə əldə edilir:

Hidroksilaminin ən cox istifadə olunan duzları hidroksilamin xliorid (NH2OH•HCl) və hidroksilamin sulfatdır (NH2OH)2•H2SO4). Hidroksilamin və onun duzları istifadə olunur:

  • üzvi sintezdə;
  • qeyri-üzvi analizdə;
  • formaldehid, furfurol, kamfora, qlükozanın miqdarının təyin edilməsi üçün;
  • fotoqrafiyada;
  • tibbdə.

Fotoqrafiyada istifadəsi

[redaktə | mənbəni redaktə et]

Hidroksilaminin duzları fotoqrafiyada rənglərin qoruyucusu kimi istifadə olunur. Qara-ağ işlənmədə natrium sulfit əsas qoruyucu vasitə kimi istifadə olunur. Lakin rəngli fotoqrafiya işlənməsində natrium sulfit rəngli maddənin osidləşmiş formasını birləşdirir və bununla da boyanın cıxımını azıldır, buna görə də onyn miqdarı 4q/litr-dən cöx olmamalıdır. Problemi həll etmək üçün hidroksilamin məhlula 3 q / litrə qədər miqdarda əlavə edilə bilər. Sülfitlə reaksiyaya girərək maddənin rəngini effektiv saxlayan birləşmə əmələ gətirir [1].

  • Гурлев Д. С. Справочник по фотографии (обработка фотоматериалов). — К.: Тэхника, 1988.
  • Карапетьянц М. Х. Дракин С. И. Общая и неорганическая химия. М.: Химия 1994
  1. Hall H. K. Correlation of the Base Strengths of Amines 1 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1957. Vol. 79, Iss. 20. P. 5441–5444. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01577A030