Hie-cinca

Hie məbədi (日枝神社, Hie-cinca?)Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur.

Şintoizm
Hie məbədi (日枝神社?)
Din
Həsr olunub Oyamakui
Festivalları Sanno festivalı (10–16 iyun)
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Şəhər  Tokio
Rayon Çiyoda
Memarlıq
İnşa tarixi XV əsr
Tikdirəni Ota Dokan
Hie məbədi xəritədə
Hie məbədi
Hie məbədi
Saytı
hiejinja.net
Şintoizm terminologiyası

1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir.[1] Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür.[1]

Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar.[1] Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir.[1] Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir.[1]

1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現?) adı ilə də tanınmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur.[1] Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 131. ISBN 0-87011-623-1. İstifadə tarixi: 27 avqust 2022.