Hil (bitki)

Hil (lat. Amomum)[2] - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.[3] Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, AfrikadaAmerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %).

Hil (bitki)
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat[redaktə | mənbəni redaktə et]

Hil zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hil toxumunun tərkibi faizlə aşağıdakı kimidir:

  • Azotlu maddələr 11-15 %,
  • Yağ 1-2 %,
  • Efir yağları 3,5 %,
  • Karbohidratlar 35-60 %,

O cümlədən:

  • Şəkər 0,5-0,8 %,
  • Nişasta 30-50 %,
  • Pentozanlar 4-7 %,
  • Pektinli maddələr 0,5 %,
  • Sellüloza 11-19 %,
  • Mineral maddələr 2-10 %.

Üyüdülmüş toxumundan həm yeyinti sənayesində, həm də tibbdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.

Faydaları[redaktə | mənbəni redaktə et]

  • Antiseptik təsirə malikdir
  • İştahanı açır
  • Həzmi asanlaşdırır
  • Mədə və Bağırsaqların fəaliyyətini nizamlayır
  • Mədə bulanmasına qarşı faydalıdır
  • Sidikqovucu və qazqovucudur
  • İshala (həmçinin dizenteriyaya) qarşı faydalıdır
  • Ürək xəstəliklərinin qarşısını alır
  • Başağrısını aradan qaldırır
  • Miqrenin müalicəsinə kömək edir
  • Bronxitə qarşı faydalıdır
  • Ağciyərləri təmizləyir
  • Ağız iyini aradan qaldırır
  • Ağıza dad verir
  • Yaraların sağalmasına kömək edir
  • Tüpürcək axınını sürətləndirir
  • Xərçəngə qarşı faydalıdır
  • İltihabları aradan qaldırır
  • Zökəmə və qripə qarşı faydalıdır
  • Ən yaxşı ağrıkəsicidir
  • Revmatizma ağrılarını aradan qaldırır
  • Böyrəkləri təmizləyir
  • Yaddaşı möhkəmləndirir
  • Yuxusuzluğu aradan qaldırır
  • Sakitləşdirici təsirə malikdir

Növləri[redaktə | mənbəni redaktə et]

Hilin bazarlarda ən çox tünd yaşıl və ağ rəngi satılır.

Hilin faydaları[redaktə | mənbəni redaktə et]

Hil toxumu yeməklərə, çaya və qəhvəyə qarışdırlıraraq istifadə edilir. Əgər mədə turşuluğu çoxalaraq qida borusunu yandırırsa, ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Qastrit və mədə qıcqırması zamanı çox faydalıdır. Hil çayı yüksək xolesterini aşağı salır və immuniteti qüvvətləndirir. İnfeksion xəstəliklərdən və qripdən əziyyət çəkənlərin onun çayını dəmləyib içmək məsləhətdir. Ağızdan xoşagəlməz qoxu gəlirsə, hil dənələrini çeynəmək lazımdır. Çeynədikdən sonra isə udmaq məsləhətdir. Çünki ola bilər ki, ağız qoxusu mədədə olan problemlərdən yaransın və hilin toxumlarını udmaqla mədəni də müalicə etmək olar. Hil ürəkbulanma zamanı da yaxşı təsir edir, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir. Onun aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stres və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

Təbii antiseptik olduğundan soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.Çalışmaq lazımdır ki, hili qabığından ayrılmasın, çünki əks halda o, əz ətrini çox tez itirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 1. doi:10.5962/BHL.TITLE.746
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

NKPİ.az saytı 2021-03-31

Azərbaycanın dərman bitkləri[redaktə | mənbəni redaktə et]

Digər növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]