Hilal Baydarov

Hilal Baydarov (d. 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kino rejissoru.[1]

Hilal Baydarov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Kino rejissor

Həyatı[redaktə | mənbəni redaktə et]

O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.

2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalının "Qızıl Şir" mükafatına iddialıdır.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı rejissorun filmi "Körpülər"ə çıxıb". www.anl.az. www.anl.az. 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  2. "Venice Film Festival Full Lineup Unveiled". variety.com. variety.com. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  3. "Venice competition title 'In Between Dying' lands worldwide sales agent (exclusive)". www.screendaily.com. www.screendaily.com. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.