Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov,[2] bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur.[3][4] 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur.[5]
Səpələnmiş ölümlər arasında | |
---|---|
| |
Janr | dram filmi |
Rejissor | Hilal Baydarov |
Prodüserlər |
Elşən Abbasov Hilal Baydarov Karlos Reyqadas Coslin Barns |
İcraçı prodüserlər | Danni Qlover[d] |
Ssenari müəllifləri |
Hilal Baydarov Rəşad Səfər |
Baş rollarda |
Orxan İskəndərli Rəna Əsgərova |
Bəstəkar | Kənan Rüstəmli |
İstehsalçılar |
Ucqar Film Splendor Omnia Louverture Films |
İlk baxış tarixi | 10 sentyabr 2020 (Venesiya)[1] |
Müddət | 88 dəq. |
Ölkələr | Azərbaycan, Meksika, ABŞ |
Dil | Azərbaycan dili |
IMDb | ID11268864 |
Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.[6]
Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.[7]
Filmin 93-cü Oskar mükafatının Ən yaxşı beynəlxalq film nominasiyasına namizəd kimi təqdim olunması müzakirə olunsa da, Şəfiqə Məmmədovanın rəhbərliyi etdiyi Azərbaycandakı Oskar komitəsi tərəfindən imtina edilib.[8]
Mükafatlar | |||||
---|---|---|---|---|---|
Mükafat | Tarix | Kateqoriya | Qəbul edən və ya namizəd | Nəticə | İst. |
Venesiya Film Festivalı | 12 sentyabr 2020 | Qızıl Şir | Film | Namizəd | [3] |
Əl-Quna Film Festivalı | 31 oktyabr 2020 | Bürünc ulduz | Film | Qazandı | [9] |
Tokyo Filmex | 7 noyabr 2020 | Ən yaxşı film | Film | Qazandı | [5] |
Los-Kabos Film Festivalı | 19 noyabr 2020 | Əsas müsabiqə | Film | N/A | [10] |