Hill (Formula-1 komandası)- (ing. Embassy Hill)- qısa müddət mövcud olan Formula1 komandası, iki qat Formula 1 Dünya Çempionu olan Graham Hill tərəfindən yaradılmışdır. Komanda 1973-cü ildə, Shadow DN1 avtomobili ilə çıxış etmişdir. 1975-ci ildə, şəxsi şassi ilə dizayner kimi yarışa başladı. Qalibiyyətlər əldə edilsə də bu uzun çəkmədi. 1976-cı ildə təyyarə qəzasına düşən Hill və 5 komanda üzvü həlak oldu. Komanda ingilis tütün şirkəti British American Tobaco'nun sponsorluğu ilə müxtəlif ad altında fəaliyyət göstərmişdir.
Graham Hill, bu komandanı yaratmamışdan əvvəl, Brebem komandasını tərk etdi. O, 1972-ci ildə yeni komanda yaradacağı barədə elan etdi. 1974-cü ildə, Lola şirkətindən şassi alınaraq Lola T370 adı verildi və Hill bütün mövsüm boyu bu avtomobili sürərək İsveç Qran pri-də xal qazandı. Komandanın yeni avtomobili T370, hazır olana qədər, 1975-ci il mövsümündə də sürüldü. Avtomobil daha sonra T371 və Hill GH 1 adlandırıldı.
1975-ci ildə, GH1 –in ikinci iştirak etdiyi, İspaniya Qran-pri yarışı, 4 nəfərin ölümü ilə nəticələnən qəzanın baş verməsi ilə ləğv olundu. Komandaya ən yaxşı qalibiyyəti, Alan Jones, Almaniya Qran-pri-də 5-ci yeri tutaraq gətirdi.
1975-ci il, 29 noyabr axşamı, Graham Hill, Fransadan Londona uçarkən təyyarə qəzasına düşür. Komanda üzvləri Ray Brimble, Tony Brise, Andy Smallman, Tony Alcock və Terry Richards onunla birgə təyyarədə idi. Qısa müddətdən sonra təyyarə, Arkley'də, bir golf sahəsinin yanında, ağaclara çırpıldı. Qəzadan sonra təyyarə yanmış və bütün heyət həlak olmuşdu.